Zülfiyyə, Aygün, Brilyant triosu...
18 fevral 2011 15:25 (UTC +04:00)

Zülfiyyə, Aygün, Brilyant triosu...

Lent.az-ın məlumatına görə, mahnı “Tərzlərin üç dövrü” adlı yeni layihə çərçivəsində hazırlanır.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova və Aygün Kazımova sözügedən layihədə son onilliyi müxtəlif imiclərdə yenilənmiş obrazlarla təqdim edəcək. “Tərzlərin üç dövrü” layihəsində ötən əsrin 80-ci illərdən bu günə qədər olan zaman kəsiyi fərqli çalarla təqdim olunacaq. Müğənnilər fotoşəkillər və videoçarxlarla fantastik əhval-ruhiyyə yaradacaqlar.

Artıq müğənnilərdən ikisi “Tərzlərin üç dövrü” adlı yeni layihə çərçivəsində xarici görünüşündə dəyişiklik edib.


Sənətçilərin saçı və makiyajı ilə Dmitri İskakov və vizajist Kristina Berdzeneşvili məşğul olub.


Qeyd edək ki, mart ayında müxtəlif jurnalların üz qabığında müğənnilərin fotosessiyaları işıq üzü görəcək. Daha sonra şəhərin məşhur məkanlarından birində layihənin geniş təqdimatı olacaq.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822

Oxşar yazılar