“Eurovision-2011”də Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər
12 fevral 2011 00:26 (UTC +04:00)

“Eurovision-2011”də Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər

Lent.az-ın məlumatına görə, bu il Azərbaycanı müsabiqədə Eldar Qasımov və Nigar Camal duet şəklində təmsil edəcəklər.

Bir neçə dəqiqə öncə münsiflər heyətinin üzvləri - İsmayıl Ömərov, Lalə Kazımova, Rauf Babayev, Mənzər Nurəliyeva, Faiq Sücəddinov, Zəhra Bədəlbəyli və Zülfiyyə Xanbabayeva qapalı görüş keçiriblər.

Görüşdən sonra İTV-nin Baş Direktoru İsmayıl Ömərov bildirib ki, münsiflər müsabiqəyə Eldar Qasımovla Nigar Camalın göndərilməsini qərara alıblar. Onlar müsabiqədə duet ifa edəcəklər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105

Oxşar yazılar