Rəqsanənin xərçəng olmadığı məlum oldu - AÇIQLAMA
Xərçəng xəstəliyinə düçar olduğu iddiası ilə əvvəlcə Türkiyəyə, sonra da Dubaya yollanan müğənni Rəqsanə İsmayılovanın başında şiş olmadığı məlum olub. Lent.az Dubayın “İranian hospital” klinikası ilə əlaqə saxlayaraq, hazırda orada olan müğənni Rəqsanənin səhhəti ilə maraqlanıb. Məlum olub ki, Rəqsanə həqiqətən də hazırda həmin xəstəxanada müayinə olunur və onda xərçəng xəstəliyi aşkar edilməyib.
Belə ki, xəstəxananın həkimləri müğənninin qohumları ilə əlaqə yaratmaqda Lent.az-a vasitəçi olublar. Telefonda əvvəlcə özünü təqdim etməyən bir xanım Rəqsanənin səhhətində ciddi narahatlıq olmadığını deyib.
Sonra müğənninin bacısı telefonda sualları cavablandırıb. Bacısı deyib ki, hazırda müğənni reanimasiyadadır, ona sistem köçürülür: “Həkimlər bizə icazə vermir onu görək. Bəzi analizlərin cavab kağızlarını gözləyirik. Lakin biz vaxtından əvvəl şübhəyə düşmüşük, şükür, şiş yoxdur. Rəqsanənin başında şiş yox, maye var, o da əməliyyatla aradan götürüləcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın tanınmış müğənnisi Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu iddia edib. Müğənni milli.az xəbər portalına müsahibə verib və deyib ki, 7 ildir başında inkişaf edən şişdən xəbərsiz olub, ancaq qəzaya uğradıqdan sonra xərçəngə mübtəla olduğunu xəbər tutub.
Müğənni daha sonra da qeyd edib ki, ola bilsin, Türkiyədə əməliyyat olunsun: “Belə olan halda təxminən 20 gün orada qalacam”.
Rəqsanə İsmayılova Türkiyəyə getdikdən sonra ANS telekanalına açıqlama verib, artıq sabah analizin nəticələri ilə tanış olacağını ağlaya-ağlaya xəbər verib. Daha əvvəl əməliyyat üçün hazırlıq gördüyünə baxmayaraq, sonradan türkiyəli həkimlərə etibar etmədiyini açıqlayıb. Üstəlik əlavə edir ki, İranda həkimlər güclü olduğu üçün sabah İrana səfər edəcək.
Lakin İran səfəri qəfildən Dubay “İranian hospital”la əvəzlənib və bu klinikadakı müayinə zamanı, yaxınlarının dediyinə görə, müğənnin xərçəng xəstəsi olmadığı məlum olub.
Lalə

865