Azərbaycanın “Eurovision-2011” təmsilçisi fevralın 11-də bilinəcək
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşməsi üçün keçiriləcək milli final konsertinin vaxtı və məkanı məlum olub. Lent.az-ın İTV-nin saytına istinadən verdiyi məlumata görə, milli final konserti fevralın 11-də Azərbaycan Akademik Milli Dram keçiriləcək. Final mərhələsində 5 ifaçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq.
“Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq.
Final konsertini Avropa Yayımları Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) canlı yayımlayacaq. Konsert saat 21:00-da başlanacaq.
Xatırladaq ki, milli seçimlərə 2010-cu ilin oktyabrından start verilib. İlkin dinləmələrdən keçən 77 nəfər noyabrın 15-dən etibarən İctimai Televiziyanın efirində 7 həftə boyunca yarışıb. Tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində iştirakçılardan 10 nəfər yarımfinal mərhələsinə keçə bilib. 2011-ci il yanvarın 3-dən 10-dək davam edən yarımfinal mərhələsindən isə finala 5 nəfər vəsiqə qazanıb.
“Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorfda (Almaniya) “Fortuna Arena”da baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. Azərbaycan təmsilçisi müsabiqənin I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
Xəyalə Muradlı

716