Rəqqasə Fatimə dizayner olacaq
27 yanvar 2011 17:47 (UTC +04:00)

Rəqqasə Fatimə dizayner olacaq

Rəqqasə Fatimə bu gün yeni aksessuar mağazasının açılışını edib. Lent.az-ın məlumatına görə, mağazanın açılışında Fatimənin sənət yoldaşları da iştirak edib. Gələn qonaqların arasında “Kristal” qrupu, skripkaçı Ceyhun İsmayılov, Elariz, Roza Zərgərli, Rüfət Axundov və digər qonaqlar da olub.


Rəqqasə satışa çıxarılan malların xaricdən gətirildiyini xəbər verib: “Aksessuarların çoxunu xaricdən gətirmişik. Açılışa görə bir qədər tələsdim. Nə etmişik, dünəndən bu günədək etmişik. Səhər gəldim, axşamadək burada oldum. Elə şeylər də var ki, onu burda düzəltmişik”.


Fatimə gəlir gətirən ticarətdənsə, sevdiyi ticarətlə məşğul olmağı üstün tutduğunu deyib: “Başqa gəlir gətirən məhsulların alverini etmək istəmədim. Bilirəm ki, o cür satışla məşğul olanlar birbaşa cəhənnəmə düşürlər. Arzum olub ki, öz qadın salonum olsun. Amma salon açanların da çoxu iflasa uğrayır. Toy biznesindən anlayışım var. Hətta təşkilatçılıq da edə bilirəm”.


Rəqqasə rəqs və bizneslə yanaşı, indi də dizaynerlik iddiasındadır: “Dizaynerlik mənə çox maraqlıdır. Onu eşidib sevinməsinlər ki, sənətdən uzaqlaşıram. Rəqs öz yerində qalır. Heç vaxt düşünmürdüm ki, bu qədər maraqlı sənətdir. O insanlarla rastlaşdığım üçün sevinirəm”.


Lakin rəqqasə mağazaya çəkilən xərci açıqlamaq istəməyib: “Qiymətləri açıqlaya bilməyəcəyəm. Hələ hesablamamışam”.

Müğənni satılan əşyaların da qiymətini deməyib: “Hər şey münasib qiymətədir”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar