“Pişik” Günel: “Kişidən xəcalətli oldum, imkan vermədi əlimi cibimə salım...” - MÜSAHİBƏ
Müğənni Günel Ələkbərovanın Lent.az-a müsahibəsi
- Günel, “Maşın-Şou” sizin üçün düşərli oldu. İmkanlı şəxslərdən biri üzük hədiyyə edib. Nə oldu, üzüyün sahibini tapa bildiniz?
- İnanın, vallah, hələ də bilmirəm kimdir! Hələ də üzüyü barmağıma taxmıram. Tanımadığım şəxsdən qəbul etdiyim hədiyyəni taxmaq düzgün çıxmaz, ona görə... Gözləyirəm hədiyyənin sahibi üzə çıxsın. Geri qaytara bilməzdim. Hara və kimə qaytarım? Amma gördüyünüz kimi taxmamışam...
- Nə vaxta qədər taxmayacaqsınız?
- İstifadə etmirəm. Nə bilim, hələ gözləyirəm də...
- “Maşın-Şou”da həqiqətən də tamaşaçı rəğbəti qazana bildiniz. Yəqin ki, proqramdan sonra çox adam sizə yaxınlaşdı, ürək sözlərini dedi, onların arasından hədiyyənin sahibini tapmaq çətin olmazdı...
- Doğrudan da çox oldu. “Maşın-Şou”dan sonra iki-üç gün evdən çıxmadım. Ailəmlə birlikdə dincəldim. Axşamüstü darıxdım, çıxdım maşınla şəhəri gəzməyə. Yanacaqdoldurma məntəqəsində qarşımda bir maşın dayandı. Baxıram ki, bir kişi qışqırır: “Günel xanım!” Kişi maşında ailəsi ilə birlikdə idi. Maşının şüşəsini açıb ailəliklə mənə dedilər ki, biz bu proqramdan sonra səni çox sevdik, dəstəkləməyə başladıq. Kişidən bir az xəcalətli oldum, imkan vermədi ki, əlimi cibimə salım, benzin pulunu özü verdi.
Alış-verişə də özüm gedirəm. Belə bir kompleksim yoxdur. Və gördüm insanlar harda görürlər, qucaqlayır, simpatiya bildirirlər.
- Onların arasında gənc oğlanlar, pərəstişkarlar da varmı?
- Baxın, biri elə üzüyü verən şəxs... Mən artıq inanmağa başlayıram ki, o üzüyün arxasında başqa məqsədlər yoxdur. İndi bilirik də, kimsə xanıma nə isə hədiyyə verirsə, sonunda hansısa məqsəd dayanır. Amma mənə nə zəng gəlib, nə bir şey. Başqa məqsəd olsaydı, bir neçə gündən sonra üzə çıxardı.
- Sevdiyiniz var?
- ...Yox!
- Var axı!
- ...Təbii ki, həyatımda dəyər verdiyim insanlar var. Amma sevgi haqqında düşünmürəm. Nə istəmişəmsə, nail olmuşam. Çoxları mənə deyir, Günel, sənin həmkarlarının evi var, bağı var. Mən buna da şükür edirəm. Sevgi tərəfdən nədənsə bəxtim gətirməyib. Yaxşı insanlar, tamaşaçı sevgisi hələlik bəs edir. Bilirəm ki, sevgidə yanılıram. Ona görə də istəmirəm...
- Deyirlər, birinci səhv başqasının, ikinci səhv öz günahındır.
- Təbii ki, öz günahımdır. Dəfələrlə təkrarlanıbsa, əlbəttə, öz günahımdır. Mən də artıq barışmışam ki, sevgi tərəfdən mənim bəxtim gətirmir.
- Ayrılıqlara nə səbəb olur?
- Çox vaxt qısqanclıq edirlər. İndi sevgi təklifləri olanda təklif edirəm ki, dost münasibətimiz olsun.
- Amma şou-biznesdə olan 99 faiz qadınlar ailə qurmaq arzusu ilə yaşayır.
- Əlbəttə, mən də bütün qadınlar kimi istəyirəm ailəm, uşağım olsun. Ancaq qismətin dalınca qaça bilmərəm ki! Nə vaxt olacaq, olacaq da!
- Həyat yoldaşından rəsmən boşandın?
- Yox. Hələlik yox. Bu haqda danışmayaq, xahiş edirəm...
- “Maşın-Şou”da əməlli-başlı özünə qarşı düşmənçilik yaratdın.
- Əslində mən istəməzdim düşmən qazanam. Ora gedəndə düşünmürdüm konfliktim olacaq. Hər şey qəfildən oldu. Baxırdım, replikalar atılır. Başa düşürdüm bu replikalar mənə ünvanlanır. Bu şouda iştirakçılardan başqa şeylər gözləyirdim. Elə bilirdim, hamı çalışacaq öz səviyyəsini saxlasın. Amma təəssüf ki... Təəssüf yox! Elə yaxşı oldu, bu mübahisələr oldu, insanlar kimin necə olduğuna şahid oldu. Bəziləri öz iç üzlərini açdılar. Bəlkə də ona görə də mən insanların gözündə ucaldım. Bəlkə də onlar iç üzlərini açmasaydılar, belə olmayacaqdı. Bu şablon olsa da, deyirlər xalqın gözü tərəzidir.
- O proqramdan sonra indi kimlərlə münasibətin yoxdur?
- Elə insanlar oldu. Ad çəkməyim... Oyundan sonra özüm qərar verdim ki, bəli belə insanlarla münasibətim olmayacaq.
- Niyə Röya ilə münasibətdə daha loyal, liberal idin?
- Yox. Sözümü deyirdim. Mən baxırdım ki, kimsə tamaşaçılara, ailəsinə hörmətsizlik edirsə, özümü onun səviyyəsinə endirə bilmərəm ki! Fanat sözü o şouda o qədər işləndi ki! Elə oldu ki, Allaha qurban olum, “fanat”, “fanat” deyənlər səs də toplamadılar, getdilər. Amma mən çıxdım, səs topladım. Ona görə də kimsə məni sənətdə özündən üstün hesab edə bilər. Başqaları kimi sponsor gücünə bu yerə gəlməmişəm.
- Röya öz istedadı ilə bu yerə çatıb...
- Əstəğfürullah, konkret şəxsdən danışmıram. Mən də başqa ölkələrdə Azərbaycanı təmsil etmişəm.
- Hansı ölkələrdə?
- Londonda, Rusiyada, Türkiyədə dəfələrlə olub.
- Tamaşaçı kimi qənaətimi deyirəm: Sən Rəqsanə və digərləri ilə münasibətdə daha aqressiv idin. Təkcə Röyadan başqa...
- Mən oradakıların hamısına demişdim ki, kamera olmadığı vaxtda, necə lazımdır, söhbət edə bilərik. Hər bir insanın cavabını verməyə qadirəm. Mənə tamaşaçılar baxır. Amma mən ailəmə və tamaşaçılara olan hörmətimə görə, susacağam. Kimsə mənim yamsılayırsa, o özü eybəcər formaya düşür. Mənim mənliyim özüm üçün önəmlidir.
- “Mən ailəmə və tamaşaçılara olan hörmətimə görə, susacağam” dedin, amma susmadın.
- Hər insanın səbir kasası var da... Allaha şükür, heç kimin yanında əskik işim yoxdur. Allahdan başqa heç kimdən çəkinmirəm, qorxmuram! Çoxu da məni niyə istəmir, çünki hər şeyi üzə deyirəm.
- Bu şəkildə də inkişaf olmayacaq. Elə yerində sayacaqsan.
- İnkişaf olmayacaq deyəndə ki, düzgünlüyə tərəfdaram. Buyam mən, dəyişə bilmərəm!
- Bəlkə ailə qurmamağının səbəbi elə budur.
- Düzünə qalsa, artıq ailə qurmağa həvəsim yoxdur. Çünki ilk evliliyimdə müəyyən sarsıntılar oldu.
- Həyat yoldaşını sevirdin?
- ...bu haqda danışmaq istəmirəm...
- Ümumiyyətlə həyatda kimisə sevmisən?
- Əlbəttə. Mən də insanam. Sevmişəm, sevilmişəm. İnsan bir insana bağlanır, öyrəşir. İnsan heyvan da saxlayanda ona öyrəşir. İtirəndə pis təsir edir. Bağlanmaq sevgidən də pisdir.
- “Maşın şou”da rəqiblərindən olan müğənni Rəqsanənin bu dəqiqə vəziyyəti yaxşı deyil.
- Vallah, mən o xanımın haqqında danışmaq istəmirəm. Mən “Maşın-Şou”ya düşmən qazanmağa getməmişdim. O insanlar var, ya da yoxdur, mənim üçün heç bir fərqi yoxdur. Müğənni kimi onların sənətinə hörmətim ola bilər. Maşında gedəndə Rəqsanənin yox, Röyanın mahnısına qulaq asa bilərəm. Əsas olan insanlıqdır. Sənət başqadır, insanlıq başqa! Biz orda sənət göstərmək üçün iştirak etmirdik. O realiti-şoudur. Ora oyun oynamağa getmişdik. Orda bəzi insanların əsl siması ortaya çıxır.
- Kimləri əsl insan kimi görüb sevindin?
- Elələri oldu ki, “uspet” eləmədim. Elə qısa vaxtda torbasını tikdilər, getdi.
Münaqişələrdən əvvəl hər şey yaxşı idi, hətta mən fikirləşirdim ki, özümə dostlar qazanmışam. Dostlar deyəndə ki, Allaha şükür, heç nəyə ehtiyacım yoxdur. Sadəcə dost qazanmışam. Lakin realiti-şou elədir ki, istər-istəməz kimlərinsə, siması ortaya çıxır...
- Günel, orda yaxşı insan yox idi?
- Niyə yoxdur? Teymur Əmrah, Nadir Qafarzadə, Kənan MM, Aqil Quliyev, Vado var idi.
- Konflikt yaşamadığın şəxslər deməli yaxşı insan idi?
- Bilirsiniz necə? Yarışmanın sonuna doğru gələndə mən təkləndim. Mənim yerimə özünüzü düşünün. 6-7 nəfər mənim üstümə düşüb. Bir-ikisi neytral idi. Siz necə edərdiniz?
- Oyundur. Oyunçu olduğuma görə onlara qarşı neytral olardım.
- Amma mən bacardığım qədər sakit idim. Kənarda öz sözümü deyirdim. Ağac bar verəndə başını aşağı əyər. Bakı balaca şəhərdir. Hamı bir-birinin keçmişini gözəl bilir. Nə olursan ol! Haradan hara qalx! Hamı bir-birini tanıyır. Hər bir insanın eyni zamanda da mənim o qədər mənfi xüsusiyyətləri var ki! Mənim də mənfilərim, səhvlərim var. Bu o demək deyil ki, gözümdə tiri görməyib başqalarında çöp axtarım. Bunlar da məhz elələrindəndir. Həyatında balaca dəyişiklik varsa, o demək deyil ki, yuxarıdan aşağı baxmalısan. Mənliyim də şəxsiyyətim də onların hamısından üstündür. İkincisi də ki, ağac bar verdikcə başını aşağı aşağıya əyir, dibindəki kökləri də üzə çıxır. Onu da hamı görür də kim nədir, nə deyil... mən belə, elə deməklə deyil. Mən savadla ailədən çıxmışım. Kimlərsə indi görür. Mən vaxtında görmüşəm, ailəmin sayəsində. Sonradan nə isə görüblər, nə isə olmaq istəyirlər. Bildin də hansı məsələ? Aftafa məsələsi...
Leyla

3753