İlhamə Quliyevadan Flora Kərimovaya cavab gəldi
“Kimin sənətkar olub-olmamasını Flora Kərimova deyil, xalq müəyyən edir”
Azərbaycanın xalq artisti Flora Kərimovanın Lent.az-a verdiyi son müsahibədə səsləndirdiyi fikirlərə cavab olaraq xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli Lent.az-a açıqlama göndərib. Açıqlamada müğənnin müsahibəsində şəxsi yaradıcılığından deyil, özünə düşmən saydığı xalq artistləri İlhamə Quliyeva və Faiq Ağayevdən söz açdığı deyilir: “İlhamə xanımın adını çəkməklə özünə reytinq qazanmağa çalışan, toylar tutan Flora Kərimova nədənsə unudur ki, uzun illərdən bəri sürdürdüyü bu çəkişmə artıq dinləyiciləri də, oxucuları da yorub. İnsanlar artıq ondan qərəzli sözlər deyil, sənət yenilikləri eşitmək istəyir. Flora Kərimova isə yalnız keçmiş fəaliyyətinə güvənib, özünü gündəmdə qalmaqallarla saxlamağa çalışır. Kömək etdiyi, əlindən tutduğu gənc sənətkarların müstəqil həyata atılması ilə barışa bilmədiyindən bu hallarla rastlaşan kimi yaxşılıqlarını qaxınca çevirir.
İlhamə xanım isə həm sənətkarlığını, həm səviyyəsini, həm də illər boyu qazandığı uğuru bu gün də qoruyub saxlayır və saxlayacaq da. Bu, göz qabağındadır. İlhamə xanım bu günə qədər bir dəfə də olsun nəvəsi yaşında olan insanla məhkəmədə üz-üzə gəlməyib. Əsl səviyyə, sənətkarlıq budur!”
Açıqlamada İlhamə Quliyevanın Rəşid Behbudovun adını daşıyan teatrın vaxtilə ilk solisti olduğu bildirilir: “Böyük sənətkar özü İlhamə Quliyevaya müəllimlik edib. İkincisi, Tükəzban İsmayılova və Həbib Bayramov kimi böyük sənətkarların ailəsində dünyaya gələn İlhamə xanım Bülbülü canlı görüb. Üçüncüsü, Şövkət Ələkbərova dəfələrlə sənət aləmində İlhamə xanıma uğurlar arzulayıb, sənətin xırdalıqlarını heç vaxt əsirgəməyib.
İlhamə xanımı dəyərləndirənlər vaxtında öz qiymətlərini veriblər. O, əsl sənətkarların qimətini alıb. Görünür, Flora Kərimova bu işdə cox gecikib. Təəssüf!!!”
Yazılı açıqlamada İlhamə Quliyevanın istedadı da şərh olunub: “Digər tərəfdən, hər kəsə bəllidir ki, İlhamə xanım bu gün də istənilən məclisdə canlı oxuyur, nadir hallarda fonoqramadan istifadə edir. Ən böyük bəla odur ki, xalq artisti mahnı oxuyanda insanlar üzünü çevirsin, turşutsun və yaxud da “bu, nə vaxt oxuyub qurtaracaq?” desinlər. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə xanım istənilən yeni mahnını studiyada bir saata oxuyur. Flora Kərimova ilə müğənni Kərimlə oxuduğu duetin 7-8 günə yazıldığını isə çoxu danışır. Hətta deyirlər ki, Flora Kərimova hər dəfə studiyaya gələndə “Bu gün səsim işləmir”, “Qoy qalsın sabaha!” – deyirmiş. Bəs, onda buna nə ad verək?
İnsan başqalarına qara yaxanda hərdən özü haqqında da düşünər.
Flora Kərimovanı ən çox incidən məqamlardan biri də Faiq Ağayevlə İlhamə xanımın yaxın münasibətdə olmasıdır. Onun bütün cəhdlərinə baxmayaraq, bu münasibəti pozmaq mümkün olmayacaq. İlhamə Quliyeva həmişə dostu kimi Faiq Ağayevə dəstək verib, bundan sonra da onu dəstəkləyəcək. Kimin sənətkar olub-olmamasını isə Flora Kərimova deyil, xalq müəyyən edir. Flora Kərimova səlahiyyətlərinə aid olmayan məsələlərdən danışmasa yaxşıdır”.
Lalə Yusifqızı

817