Mətanət İsgəndərli sərt şəkildə qınadı
Azərbaycanda fəaliyyət göstərən telekanalların nəzdində Bədii Şuraların yaradılmasının tərəfdarı olan müğənnilər sırasına əməkdar artist Mətanət İsgəndərli də qoşulub. Bu barədə fikirlərini Lent.az-la bölüşən müğənni bəzi gənc həmkarlarının səhnədə yaratdıqları özbaşınalıqlarla heç cür barışa bilmədiyini söyləyib: “Bəzi gənc müğənnilər yerlərini bilmirlər. Məncə Bədii şuraların yaranması mütləq zərurətdir. Özü də həmin komissiyalara çox səlahiyyət verilməlidir ki, təkcə müğənninin repertuarı ilə yox, həm də səhnədəki davranışlarına müəyyən qadağalar qoya bilsin”.
Müğənni “özlərini səhnədə apara bilməyənlər”in adlarını sadalamaqdan boyun qaçırıb: “Mənə yaraşmaz ki, kiminsə adını çəkim. Sonra da həmin ifaçılar deyər ki, Mətanət bizim adımızı çəkməklə özünü reklam eləyir. Belə sənətçiləri həm tamaşaçılar, həm siz jurnalistlər çox yaxşı tanıyırsınız. Fikrimcə, sənət dünyasında tüğyan edən bu özbaşınalıq son həddini yaşayır. Ancaq ümidimi də itirmirəm. Yəqin ki, yaxın vaxtlarda müqəddəs hesab etdiyim səhnədə, yenidən əsl müğənnilərə yaşıl işıq yanacaq”.
Lalə

Oxşar yazılar

Aygün Kazımova geyimi ilə çılpaq göründü - VİDEO
14 may 2025 , 13:56
Röya sinəsi açıq fotolarını PAYLAŞDI
14 may 2025 , 11:16
Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01