Azərbaycan “Eurovision-2011”in mayın 10-da keçiriləcək I yarımfinalında yarışacaq
APA-nın məlumatına görə, bu gün Düsseldorfda keçirilən püşkatma mərasimində müsabiqənin yarımfinallarında çıxış edəcək 38 ölkənin hansı yarımfinalda çıxış edəcəyi məlum olub. Püşkatmanın nəticələrinə görə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaq.
Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya mayın 14-də keçiriləcək finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinalda 19 ölkə yarışacaq. Hər yarımfinaldan 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.
Böyük beşliyə daxil olan Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək. Böyük Britaniya və İspaniya ilk yarımfinalı izləyə və səs verə, Fransa, Almaniya, İtaliya isə II yarımfinalı izləyə və səs verə biləcək.
Qeyd edək ki, bu ilin mayında Düsseldorfda keçiriləcək “Eurovision-2011” müsabiqəsi “Düsseldorf Arena”da baş tutacaq. Ümumilikdə builki müsabiqədə 43 ölkə təmsil olunacaq.

Oxşar yazılar

Cennifer Lopesdən ETİRAF: bəzən yataqda daha sərtliyi sevirəm
23 iyul 2025 , 19:07
Yıldız Tilbe ilk dəfə səhnədə xəstəliyini AÇIQLADI: Mikrofon tutmağıma belə icazə verilmir
23 iyul 2025 , 18:14
Aktyordan şok AÇIQLAMA: “Mənə zülm verdilər”
23 iyul 2025 , 14:51
Özcan Denizin bütün əmlakına həbs qoyuldu
23 iyul 2025 , 13:39
Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52