İTV tamaşaçı səsverməsindən əldə etdiyi gəliri açıqladı
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil etdiyi tamaşaçı səsverməsindən 2011-ci ilin yanvar ayınadək 30 min 762 manat gəlir əldə edib.
Bunu APA-ya açıqlamasında İctimai Teleradionun İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov deyib. Onun sözlərinə görə, bu məbləğ həmin proqramın bir günlük yayımının xərclərini belə ödəmir: “Burada bizim biznes marağımız yoxdur, sadəcə, istəyimiz auditoriyanın səsvermədə iştirakını təmin etməkdir.” Heç bir telekanalda SMS yarışmasından əldə olunan gəlir açıqlanmadığı halda, İctimai Teleradionun bunu etməsinə gəlincə, T.Məmmədov qeyd edib ki, hər kəs bir iddia ilə çıxış etməyə başlayıb: “Bu eyhamlara cavab olaraq biz öz prinsiplərimizə sadiq olduğumuzu nümayiş etdirdik. Görəndə ki, hərə öz arşını ilə ölçür, biz də nümunə üçün öz meyarlarımızı xatırlatdıq”.
T. Məmmədov finala çıxan beş ifaçının adının həftəsonu açıqlanmamasına da aydınlıq gətirib: “Bir çoxlarının düşündüyündən fərqli olaraq bizim də qazancımız bax, budur. Bu, yeni metod deyil. Tamaşaçılar, jurnalistlər, bütün maraqlı tərəflər intizarla gözləyir və bu informasiyanı əldə etməyə çalışır. Məncə bir PR vasitəsi kimi pis işləmədi. “Carçı” proqramının bu gün saat 20:00-da efirə gedəcək buraxılışında finalçıların adları açıqlanacaq”.
Milli seçimlərin final konsertinin nə zaman keçiriləcəyinə gəlincə, şöbə müdiri qeyd edib ki, bu məsələ hələ müzakirə olunur və yaxın vaxtlarda tam dəqiqliyi ilə məlumat veriləcək.

Oxşar yazılar

Aygün Kazımova geyimi ilə çılpaq göründü - VİDEO
14 may 2025 , 13:56
Röya sinəsi açıq fotolarını PAYLAŞDI
14 may 2025 , 11:16
Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01