“Eurovision-2011” təmsilçimizin seçilməsi ilə bağlı yarımfinal başa çatıb
01 yanvar 2011 15:43 (UTC +04:00)

“Eurovision-2011” təmsilçimizin seçilməsi ilə bağlı yarımfinal başa çatıb

APA-nın məlumatına görə, 2010-cu ilin son günü - dekabrın 31-də keçirilən yarımfinalın axırıncı həftəsinin qalibi “Yeni ulduz” yarışmasının laureatı İlhamə Qasımova və gənc müğənni Nigar Camal olub. Yarımfinalın yeddinci həftəsində də növbəti gözlənilməz hal baş verib və 12 ifaçıdan ikisi finala vəsiqə qazanıb. Yeddinci həftənin üçüncüsü Azad Şabanov, dördüncüsü Günay Əhmədova, beşincisi Nigar Dərgahzadə, altıncısı Səbinə Məmmədova, yeddincisi Lalə Əliyeva, səkkizincisi Davud Əsgərli, doqquzuncusu Sadıq Ağamalıyev, onuncusu Tahir Quliyev, on birincisi Habil Əhmədov, on ikincisi isə Orxan Nəsibov olub.
Sonuncu yarımfinal həftəsinin yekun günündə Azərbaycan estradasının tanınmış müğənniləri qonaq qismində iştirak edib, yarımfinalçılara dəstək olublar. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova isə doğum gününü namizədlərlə birgə keçirib. Sonuncu yarımfinal həftəsinin yekun günü bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. 7 yarımfinal həftəsindən finala vəsiqə qazanan ifaçılar da öz mahnılarını təqdim ediblər.
Beləliklə, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision” müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barklay, Arzum, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal arasından seçiləcək. Təmsilçi isə final mərhələsində müəyyən olunacaq. Final mərhələsinin fevralın ilk günlərində təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46