Müğənni Ayanın qardaşı: “O gələndə hamı qaçırdı...” - MÜSAHİBƏ
07 dekabr 2010 16:41 (UTC +04:00)

Müğənni Ayanın qardaşı: “O gələndə hamı qaçırdı...” - MÜSAHİBƏ

- Şou-biznesin tənha qızı Ayan evdə də tənhadır?

- Ayan şou-biznesdə tənha olsa da evdə, həyatda heç vaxt tənha deyil. Onun yaxşı dostları və hər zaman yanında olan doğmaları var.

- Niyə şou-biznesdə Ayanı sevmirlər?

- Mənim üçün də maraqlıdır. Görəsən, Ayanı şou-biznesdə niyə bu qədər sevmirlər? Amma mənim fikrimcə, hər zaman nailiyyət qazanan, öz yerini tutmağı bacaran insanlara qarşı bizim şou-biznesdə belə münasibət bəsləyirlər. Bəlkə də paxıllıqdan və ya gözü götürməməkdən irəli gəlir... Buna baxmayaraq, Ayanın şou-biznesdə yaxşı münasibətdə olduğu insanların da sayı az deyil.

- Bilirəm ki, siz əkizsiniz, onun hisslərinə səndən yaxşı heç kim bələd ola bilməz...

- Onun hissləri o qədər fərqli olur ki. Hərdən mənim üçün də onu anlamaq çox çətin olur. Ziddiyyətli insandır.

- Ayanın pis xüsusiyyətləri çoxdur, yoxsa yaxşı xüsusiyyətləri?

- Kifayət qədər müsbətləri də var, mənfiləri də. Deyərdim ki, hardasa əlli-əlliyədir... Bilirsiniz, axı ideal insan yoxdur! Hər kəsdə olduğu kimi, Ayanda da mənfi və müsbət xüsusiyyətlər var. Bacım olduğu üçün demirəm, həsəd aparılacaq xüsusiyyətləri çoxdur. Məsələn, onun iradəsinin möhkəmliyi, səbirliliyi, ən çətin situasiyalarda belə özünü itirməməyi məni hər zaman təəccübləndirir.

- Müğənni qardaşı olmaq necə hissdir? Bu gün müğənnilər əvvəlki, mötəbər nüfuza malik deyillər, açığı... Yəni artıq fəxr ediləcək bir sənət deyil müğənnilik...

- Baxır hansı müğənninin qardaşı olmaq! Şəxsən mən nə vaxtsa və ya hər hansı bir tədbirdə, məclisdə Ayanın qardaşı olduğum üçün təəssüf hissləri keçirməmişəm. Bu belə də olacaq. Onun həyatda eləcə də səhnədəki davranışlarının heç zaman məni məyus etməyəcəyinə əminəm!

- Ailədəki Ayanla səhnədəki Ayanın fərqi var?

- Ailədə demək olar ki, hər kəsin qeydinə qalır. Çalışır bütün problemləri öz öhdəsinə götürsün. Həmişə Ayana zarafatla deyirəm ki, sən mənim atamsan! Bizim atamız həyatda deyil. Doğrudan da ailədə demək olar ki, ata vəzifəsini o yerinə yetirir. Hərçənd ki, siz özünüz də bilirsiniz biz əkizik, eyni yaşdayıq.

- Evinizin məhrəm qonağı, müğənni dostlar kimlərdir?

- Bu il yeni evə köçdük. Yeni ünvana köçəndən sonra sənətçilər arasından qapımızı açan ilk qonaq Aygün Bəylər olub. Xumar Qədimova da evimizin ən sevilən qonaqlarından biridir.

- Bu günədək qapınızı neçə elçi döyüb, sayını açıqlaya bilərsən?

- Söhbətin əvvəlindən səmimi atmosferdə danışırıq. Bu dəfə də elə olacaq. Hələ evimizə elçi gəlmək istəyənlər üçün o şəraiti yaratmamışıq. Amma namizədlər çox olub. Onu da deyim ki, Ayan ev işlərini də əla bacarır. Yaxşı evdarlığı var.

- Evdə dalaşdığınız vaxtlar olub?

- Hər bir ailədə anlaşılmaz hallar və mübahisələr baş verir. Düzünü deyim də... Hər gün demək olar ki dalaşırıq, hakimliyi də anamız edir. Amma hərdən o da sakitləşdirə bilmir, məhkəmə prosesi uğursuz nəticələnir.

- Ayan çox pul qazanır, yoxsa çox pul xərcləyir?

- Elə qazandığını xərcləyir. Bəzən qazanmadığını da xərcləyir. Amma xərcləməyin həddini də bilir. Bilir, nəyi almaq lazımdır və ya nə vacib deyil.

- Uşaqlıq xatirələrindən danış...

- Bizdə tam fərqli olub. Təsəvvür edin, mən sakit , Ayan isə tam əksinə, dəcəl idi... Uşaq yaşlarından karate ilə məşğul olduğundan məktəbdə bütün oğlanları döyürdü. Uşaq vaxtı Ayan gələndə hamı qaçırdı. Eyni partada oturduğumuzdan dərsləri həmişə məndən köçürürdü. Qiyməti də zəif alanda həmişə məni günahlandırırdı ki, sən səhv yazmısan, mən də səhv köçürmüşəm.

- Onu gələcəkdə necə görmək istərdin?

- Ayanın gələcəyini yerli şou-biznesdə görmək istəmirəm. Albomlarının satışı ilə rekord vuran, “Gremmy”nin təqdimatında təsadüfən Lady Gaga ilə eyni paltarı geyinib heyfsilənən, mükafatı alan zaman Hollywood səhnəsindəki çıxışı üçün ingilis dilində mətn hazırlayan bir sənətçi kimi görmək istəyirəm.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1894

Oxşar yazılar