Sənubər İsgəndərli: “10 il əvvəl bir səhv etmişəm...” – MÜSAHİBƏ –
Lent.az yeni bir rubrikaya start verir: “Məşhurla gözəllik söhbəti”. Rubrikanın ilk qonağı Azərbaycanın baxımlı məşhur xanımlarından biri sayılan Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərlidir.
Sənubər İsgəndərli ilə paytaxtın ən qabaqcıl gözəllik mərkəzlərindən birində - Hi-Fi estetik mərkəzində görüşdük. İlk sualımız da təbii ki, aktrisanın gözəlliyi, görünüşü ilə bağlı oldu.
- Aktrisa, gözəl xanım, həm də nənə. Elə bil ötən illər, keçən zaman sizə heç təsir etməyib. Belə cavan və gözəl qalmağınızın sirri nədədir?
- Mənə elə gəlir ki, nənə anlayışı nəinki Azərbaycanda, bütün dünyada artıq dəyişib. Nənəm çarşablı qadın olduğundan mənim üçün də nənə obrazı çarşablı, uzun tumanlı yaşlı bir qadın anlamındaydı... Təbii ki, hər bir qadın özünə baxmaq, gənc qalmaq istəyir. O ki qaldı səhnədə, üzdə olan bir xanım. Sirr deyəndə ki, əvvəla genetika var. Sonra isə sırada idman durur. Uzun illərdir – 20 ildən çoxdur mən həftədə 3 dəfə idmanla, 1 dəfə yoqayla məşğul oluram. Bir də üzümə lazım olan prosedurları edirəm. Kremlərim heç vaxt əskik olmur. Son vaxtlar bir neçə dəfə mezoterapiya da etdirmişəm. amma bədənimdə nəyi isə dəyişmək üçün heç bir müdaxilə etməmişəm.
- Üz prosedurlarından ancaq mezoterapiya etmisiz? Bəs botoks?
- Hə, botoks da olub. Buna normal baxıram. Onu hətta gənc qızlar da edir. Bir şeyi də açıq deyim - 10 il əvvəl bir səhv edib dodağıma sintetik gel vurdurmuşam. Özü də bu uğursuz işi həyata keçirən kişi idi. O vaxtdan dodağımdan çox narazıyam. Hansı ölkəyə gedirəmsə, ilk növbədə cərrahla məsləhətləşirəm.
- O gel 7 il ərzində öz-özünə sorulmalıdır axı...
- Sorulmadı.
- Bəs cərrahlar nə deyir?
- Deyirlər nəsə etmək mümkün deyil. Hələ elə bir şey icad olunmayıb. Amma çox şükür, dodağım tədricən öz-özünə yığılır artıq.
- Neçə dəfə botoks etdirmisiniz?
- Tez-tez etmirəm. İndiyə qədər üst-üstə hardasa 3 dəfə etmişəm.
- Hansı nahiyələrə?
- Ancaq qaşın üstünə.
- Göz ətrafı nahiyəyə nə edirsiz?
- Heç nə.
- Bəs üzünüzdə təbii gel var?
- Çağırın bu mərkəzin kosmetoloqları gəlib baxsın. Əgər mənim üzümdə gel varsa, mənə nə ad istəyirsiz, qoyun.
- Əslində bu, ayıb bir şey deyil!
- Mən bu söz-söhbətlərdən bezmişəm – bircə dodağıma gel vurmuşam. Onun üstünə qoyub danışırlar ki, başqa yerlərinə də edib. Mənim üzümə gel vurulmayıb. Eləsəm, deyərəm. Məndə yalan yoxdur. Niyə də gizlətməliyəm? Bundan sonra ərə gedəcəm, ya kiminsə qarşısında özümü cavan qız kimi göstərəcəm? Üz dərimi təravətli saxlamaq üçün kremlərdən və mənə Sibirdən göndərilən arı südündən istifadə edirəm. Onu həftədə bir neçə dəfə üzümə vururam. Dərini çox gözəl, təravətli edir, ləkələri aparır.
- Eşitdiyimizə görə, Türkiyədə, digər ölkələrdə botoks etdirən aktrisalara rol vermirlər ki, mimika olmur.
- Yalan şeydir. Məgər məndə mimika yoxdu? Sadəcə, hər işin professionalına müraciət etmək lazımdır.
- Özünüzün şəxsi kosmetoloqunuz var?
- Botoksu həmişə eyni yerdə vurdurmuşam. Amma burda maskalar etməmişəm. Xaricə gedəndə məsləhətləşirəm sadəcə. Həm də gündəlik kosmetoloqa baş çəkmirəm. Ümumiyyətlə, kosmetoloqa çox gec müraciət etmişəm. İlk dəfə 35 yaşdan sonra maska, krem almışam.
- Hansı kremlərdən istifadə edirsz?
- İndi qara “Givenchy”dən istifadə edirəm. Daim eyni kremləri almıram, dəyişirəm. Ətirləri də eləcə.
- Ümumiyyətlə, sizin üçün qadın gözəlliyi nədir?
- Məncə, qadın hərtərəfli gözəl olmalıdır. Saçdan tutmuş dırnağa qədər baxımlı və gözəl görünməlidir. Amma əndazədən çıxmamaq şərtilə. Nəyisə məhz dəb olduğu üçün etmək olmaz. Dodağımda yaranan problem bu baxımdan mənə dərs oldu. Yaraşırsa, gözəldirsə, lazımdırsa, onu etməlisən, dəbdə olduğu üçün yox.
- Gündəlik həyatda kosmetikadan çox istifadə edirsiz?
- Xeyr. Çox az. Bu da məndə heç bir kompleks yaratmır.
- Bizdə bir ənənə formalaşıb. Qadın daha çox üzünə fikir verir, nəinki bədəninə. Sizin buna yanaşmanız necədir?
- Mən bədənimin hansısa hissəsində artıq bir şey hiss edən kimi çarəsinə baxmağa başlayıram. Yaxud hansısa sevdiyim bir paltar əynimdə həmişəki kimi qalmırsa, aclıq da edirəm, idmanın vaxtını da artırıram. Axşam saat 6-dan sonra yeməməyə çalışıram. Orqanizmim də buna artıq öyrəşib. Gün ərzində bir tikə ağ çörək yeyirəm, vəssalam. Əvvəllər masaj etdirirdim. Amma son 7-8 ildir heç onu da etdirmirəm. Heç kim inciməsin, mənə elə gəlir ki, dəri genetik olaraq gözəl olmalıdır. Bütün prosedurlar dərini daha təravətli və gözəl saxlaya bilər. Amma müəyyən bir vaxt ərzində. Azərbaycanda və ondan kənarda hər cür SPA-lar etmişəm. Effekti müvəqqəti olub. Qarın nahiyəsinin arıqlamağı üçün 15 prosedura getdim, xeyli pul da tökdüm, köməyi olmadı. Yenə də idman və az yemək köməyimə çatdı.
- Adətən xanımlar ciddi pəhrizlər tətbiq edirlər. Siz necə?
- Mən bu pəhriz məsələsində bir az ehtiyatlıyam. Çünki mənə düşən pəhriz başqasına düşməyə bilər. Pəhriz hər kəsə fərdi şəkildə tətbiq olunmalıdır. Amma Azərbaycanda diyetoloqlar istənilən səviyyədə deyil.
- Plastik əməliyyat etdirmisiniz?
- 10 il əvvəl sallanma olduğu üçün göz qapağında etdirmişəm. Başqa heç yerimdə. Amma ehtiyac olsa, etdirərəm. Buna çox yaxşı baxıram. Hələ ki, mezolarla, prosedurlarla, idmanla özümü saxlayıram (gülür).
- Qarderobunuzda hansı geyimlərə üstünlük verirsiz?
- Dəbə uyğun və mənə yaraşan geyimlərə üstünlük verirəm. Çalışıram brend geyinim.
- Bəs qadının içki içməsinə və siqaret çəkməsinə necə baxırsız?
- Siqaretə pis əməl kimi baxmıram. Amma nə qadının, nə də kişinin siqaret çəkməsinin tərəfdarıyam. Həm canından, həm də cibindən gedir. İçki isə... Yalnız şərab içirəm. Niyə də yox?
- Baxımlı xanım olaraq məşhurlardan kimi bəyənirsiz?
- Vəfa Zeynalovanı bəyənirəm. O həm də hələ gəncdir. Məleykə Əsədova özünə yaxşı baxır. Bir də hazırda geyim, görünüş, stil olaraq Sevda Yəhyayevadan xoşum gəlir.
- Brilliant Dadaşovanın incə qalması, cavan görünməsi həmişə nümunə çəkilir. Bəs, ona münasibətiniz necədi?
- Onun sənətinə və özünə hörmətim var.
- Bizi xarici görkəminə münasibətiniz maraqlandırır...
- Hmmm... (bu sualın cavabı gülümsəməklə bitir)
Bu müəmmalı tonla da səhnəmizin yaraşıqlı xanımı ilə müsahibəni bitiririk...

4793