Gənc müğənni “İnternational”ı təqdim etdi –
Sənətçilər arasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, əməkdar artistlər Ədalət Şükürov, Aybəniz Haşımova, müğənnilər Abbas Bağırov, Xumar Qədimova, Zaur Əmiraslanov, Murad Sadıq, “Eurovision” milli seçiminin finalçısı Çingiz Mustafayev, mətbuatın tanınmış simalarından İlahə Şıxlinskaya, Kazım Bağırov, rejissor Orman Çingizoğlu gələn qonaqların arasında olub.
Tədbiri Murad Arif idarə edib. Tanınmış teleaparıcı Azərbaycanda sivil ənənənin başlanğıcını qoyan Ayanı təbrik edib: “Başqalarından fərqli olaraq sən qalmaqallardan uzaq, yalnız işinlə gündəmə gəlirsən və heç də diqqətdən kənar deyilsən. Belə nümunə olduğun üçün səni təbrik edirəm”.
Tədbirdə iştirak edən İsrailin Azərbaycandakı baş konsulunun həyat yoldaşı Elen Berçi Ayanı xüsusi gün münasibəti ilə təbrik edib: “Ayanın sayəsində ölkədə baş verən ictimai-sosial münasibətlərlə yanaşı, Azərbaycan mədəniyyəti ilə də tanış oldum. Ayan həm İsrail mədəniyyətini, həm də Azərbaycan mədəniyyətini gözəl təqdim edə bilir”.
Sonra müğənni Ayan yəhudi dilində mahnısını qonaqlara ifa edib. Mahnıdan sonra yeni sayt iştirakçılara təqdim olunub.
Qeyd edək ki, sayt içindəki elementlər və dizaynı ilə digər sənətçilərin saytından fərqlənir. Bu baxımdan saytı analoqu olmayan sayt kimi dəyərləndirmək olar.
Müğənnilər Xumar Qədimova, Aybəniz Haşımova, Çingiz Mustafayev, Zaur Əmiraslanov və digərləri də mahnı ifa edib.
Tədbirin maraqlı məqamlarından biri Aybəniz Haşımovanın ifası zamanı Abbas Bağırovun onu royalda müşayiət etməsi olub.
“İnternational” adlı albom 18 fərqli əhval-ruhiyyədə olan mahnılardan ibarətdir.

Oxşar yazılar

Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52