Ən məşhur vampir satışda!
29 noyabr 2010 18:36 (UTC +04:00)

Ən məşhur vampir satışda!

Məşhur “Toran” vampir filmində baş rolun ifaçısı Robert Pattinson öz populyarlığından ehtiyacı olanlara yardım üçün istifadə etmək qərarını verib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Robert Pattinson artıq “CharityBuzz.com” auksionu ilə lazımi sənədləri imzalayıb.
Auksiona məşhur aktyor ilə bütün günü birlikdə keçirmək, eyni zamanda “Toran” filmində rol alan digər məşhur insanlarla görüşmək təklif olunur. Bundan əlavə, auksionun qalibləri iki gün Vankuverdəki “Four Seasons” dəbdəbəli otelində dincəlmək və VİP-limuzindən istifadə etmək hüququ da qazanacaqlar.
Auksionda start qiymət 30 min dollardır. Auksiondan əldə edilən vəsait kasıb və yetim uşaqların ehtiyaclarını qarşılamaq üçün xərclənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar