Elçin Əlibəyli “El içində”n getdi!
25 noyabr 2010 17:20 (UTC +04:00)

Elçin Əlibəyli “El içində”n getdi!

Lent.az-ın məlumatına görə, proqramın aparıcısı bundan sonra jurnalist İlham Tumas olacaq.

Elçin Əlibəyli Lent.az-a açıqlamasında proqramdan getməsinin səbəblərini açıqlayıb: “Elmi işlə məşğulam, bu səbəbdən televiziyada fəaliyyətimin müəyyən qismini dondururam. “El içində” proqramından ayrıldım, lakin kanalda bədii rəhbər kimi işimi davam etdirəcəm”.

Proqramın yeni aparıcısı İlham Tumas proqramda format dəyişikliyinin olmayacağını açıqlayıb: “Proqram olduğu kimi, əvvəlki formatda davam edəcək. Və təbii ki, problemləri Elçin kimi, onun peşəkarlığı ilə açmaq mənim üçün çox çətin olacaq. Ancaq onun özünün köməkliyi ilə yəqin ki, verilişin reytinqini saxlaya biləcəyik”.

İlham Tumas proqramın əvvəlki aparıcısı Elçin Əlibəyliyə yönələn tənqidlərə də cavab verib: “Elçin Əlibəyliyə yönələn tənqidləri qəbul etmirəm. Onun mövzularla bağlı məsələyə münasibət bildirməsi ilə bağlı fikirləri tənqid edənlər televiziya kitabını yarımçıq oxuyanlardır. Aparıcı robot deyil ki!”

İlham Tumas onu da bildirib ki, “El içində” verilişində fərqlilik nümayiş etdirmək fikrində deyil: “Çünki “El içində” Elçin Əlibəylinin adı və siması, intellekti ilə bağlı bir layihədir. Bundan sonra proqramda nə dəyişiklik etsək, alınmayacaq”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1673

Oxşar yazılar