Mələkxanım Əyyubova qızını gəlin köçürdü – EKSKLÜZİV - FOTO
24 noyabr 2010 11:13 (UTC +04:00)

Mələkxanım Əyyubova qızını gəlin köçürdü – EKSKLÜZİV - FOTO

Lent.az-ın məlumatına görə, toya mətbuat nümayəndələri buraxılmayıb. Sənətçi həmin günün media tərəfindən işıqlandırmasını istəməyib.

Toyda demək olar ki, bütün sənət nümayəndələri iştirak ediblər. Nazpəri Dostəliyeva, Nisə Qasımova, İlhamə Quliyeva, Abbas Bağırov, Azər Zeynalov, Afaq Bəşirqızı, Canəli Əkbərov, İlham Mirzəyev, Simnarə İmanova, Gülyaz və Gülyanaq bacıları, Gülüstan Əliyeva, Səkinə İsmayılova, Cavanşir Məmmədov və Firuzə İbadova, Aftandil İsrafilov, Məleykə Əsədova, Baloğlan Əşrəfov, Nura, Rəqsanə, modelyer Gülnarə Xəlilova və digərləri gələn qonaqlar arasında olublar.

Mələkxanım Əyyubova toy mərasimində olduqca həyəcanlı görünüb. Toya Natiq ritm qrupunun ifası xüsusi şövq qatıb.

Maraqlı məqamlardan biri də trio-rəqs olub - Gülüstan Əliyeva, Gülnarə Xəlilova və Gülyaz Məmmədova maraqlı rəqs nümayiş etdiriblər.

Toyun başlamasından bir qədər sonra xalq artisti Alim Qasımov həyat yoldaşı ilə birgə məclisə gəlib. A.Qasımov məclisə gələr-gəlməz toy sahibi ilə səhnədə maraqlı duet təqdim edib.

Tədbirin ən maraqlı məqamlarından biri də İlhamə Quliyevanın məclisdə ifası, daha sonra yeni barışan Nazpəri Dostəliyeva və İlhamə Quliyeva dueti olub. Daha sonra duet trio ilə əvəzlənib, cütlüyə Nisə Qasımova da qatılıb. Yeri gəlmişkən, İlhamə Quliyeva və Nisə Qasımovanın isti münasibəti və bir-birləri ilə olduqca mehriban görüşmələri də diqqətdən yayınmayıb.


Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6987

Oxşar yazılar