Elarizi yenə hirsləndiriblər...
23 noyabr 2010 11:22 (UTC +04:00)

Elarizi yenə hirsləndiriblər...

Müğənninin mətbuat katibi Azər Nəsibov Lent.az-a açıqlamasında bildirib ki, bədxahları sənətçinin oğlu barəsində şayiə yayıblar: “Müğənninin oğlu Məmməd sentyabrda yüksək bal toplayaraq, Türkiyənin İstanbul Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Amma yerli internet saytlarının birində Məmmədin Universitetdən qovulduğu və bu səbəbdən də vətənə geri döndüyü haqda məlumatlar dərc olunub. Məmməd Azərbaycana qayıdıb, amma çox qısa bir müddətlik. Bilindiyi kimi, müqəddəs Qurban Bayramı qardaş Türkiyədə xüsusi təmtəraqla keçirilir. Qeyri-iş günlərin sayı çox olur. Təhsil alan tələbələr məzuniyyətə buraxıldığı üçün Məmməd də əziz bayramı ailə üzvləri ilə qeyd etməkdən ötrü vətənə gəlib”.

Mətbuat katibi əmindir ki, bu sifarişli yazıdır: “Sadəcə maraqlıdır ki, nə məqsədlə Elarizin bədxahları, oğlunun guya universitetdən xaric edilməsi haqda yalan məlumatları mediaya ötürürlər. Məmməd nümunəvi tələbə kimi təhsilini İstanbul Dövlət Universitetində davam etdirir”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar