Övladı tərk etdiyi üçün sənətdən ayrılan müğənni
Müğənninin hamıdan gizlətdiyi səbəb bu günlərdə uşaq evində xeyriyyə konserti verdikdən sonra məlum olub.
Uşaq evində həm ifa edən, həm də bir-bir uşaqların qayğısına qalan müğənniyə körpə qız uşağı yaxınlaşıb və ondan anası olmağını istəyib. Lent.az-ın məlumatına görə, sənətçi bu təklif qarşısında özünü itirib və məkanı mahnı oxuduqdan sonra tez tərk edib. Müğənninin mətbuat katibi baş verən hadisəni media nümayəndələrinə izah edib: “Hadisənin mətbuata başqa şəkildə təqdim ola biləcəyini nəzərə alıb, açıqlama vermək məcburiyyətindəyik. Roza xanım illər öncə körpələr evində 12 yaşlı qızı himayəsinə almışdı. Başqa millətdən olan qızı rəsmən övlad edib, müsəlman adı vermişdi. Roza Zərgərli onu öz övladı kimi qəbul edib, lazım olan təhsili də vermişdi. Lakin zaman keçdikcə qız öz valideynlərini tapmasını xahiş edib. Müğənni bu işdə də qızına kömək olub. Anası ilə tanış olduqdan sonra qızda radikal dəyişikliklər baş verib, həm Roza xanıma, də onun doğma qızına sərt münasibət göstərib. Bir gün qız evdəki qiymətli əşyalarla birlikdə doğma anasının yanına yollanıb...”
Mətbuat katibi onu da əlavə edib ki, bu hadisədən sonra o, uzun müddət hamıya etibarını itirib, sənətdən və yaxın çevrəsindən uzaqlaşıb: “Müğənni artıq neçə müddətdir ki, uzun fasilədən sonra yenidən yaradıcılığa qayıdıb. Müxtəlif təşkilatlardan, universitetlərdən xeyriyyə konserti təklifləri alır. O, bu tədbirlərin hamısında iştirak etməyə çalışır, lakin baş verən hadisə istər-istəməz onu keçmişə apardı, yaşadığı xoşagəlməz hadisəni yada saldı... Buna görə də hadisənin başqa şəkildə izah və təhlil olunmasını istəmirik”.
Qeyd edək ki, müğənni həyat yoldaşının dəstəyi ilə yenidən səhnəyə qayıdıb.

828