Günel Zeynalovaya doğum günündə maşın hədiyyə etdilər -
Lent.az-ın məlumatına görə, doğum günü yığıncağına Günelin yaxın çevrəsi - qohumları və az sayda müğənni dostları və mətbuat işçiləri qatılıb. Məclisi bəstəkar Hacı Nazim idarə edib.
Tədbirin əvvəlində Günelin 3 yaşından bu günə qədər olan həyat və sənət fəaliyyətini əks etdirən 25 dəqiqəlik film nümayiş olunub. Filmin sonunda “Yeni səhifə” mahnısı təqdim edilib, musiqi sədaları altında Günel ağ geyimdə səhnəyə çıxıb.
Gənc müğənninin ifası zamanı xalq artisti Nazpəri Dostəliyeva salona daxil olub. Zeynalova ailə dostu olan xalq artistini qarşılamaq üçün, ifa zamanı səhnədən enib və onu şəxsən qarşılayıb.
Qeyd edək ki, salon Günel üçün məxsusi şəkildə bəzədilib. Divarları müğənninin adı yazılmış lazerlər, işıq effektləri bəzəyib, səhnədə atəşfəşanlıq şousu göstərilib.
Hacı Nazim Günelə ailəsinin adından maşın açarını hədiyyə edib. Müğənni “neçə gündür, nə isə etdiyinizdən xəbərdaram, lakin bunun nə olacağını bilmirdim” deyib.
Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan, rəqqasə Fatimə, Zamiq və digər sənət adamları ad gününü ifaları ilə rəngləndiriblər.
Gecənin sürprizlərindən biri də ekstrasens Zirəddin Rzayev olub. Zirəddinin rəqsi məclis iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra Türkiyənin ünlü müğənnisi İbrahim Tatlısəsin Güneli təbrik edən səs lenti səsləndirilib.
Günelin atası Rəhman Zeynalov klarnet, qardaşı Tunar mahnı ifası ilə səbəbkarı sevindirib.
Lalə Yusifqızı

Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58