Röya “Best model of Azerbaijan-2010”un münsif kürsüsündə - EKSKLÜZİV
20 oktyabr 2010 15:18 (UTC +04:00)

Röya “Best model of Azerbaijan-2010”un münsif kürsüsündə - EKSKLÜZİV

Finalda qalibi seçəcək münsiflər heyətinin sırasında bir məşhur da olacaq. “Best model of Azerbaijan-2010”un prezidenti stilist Anar Ağakişiyev Lent.az-a bildirib ki, bu, tanınmış və sevilən müğənni Röyadır: “Best model of Azerbaijan”-ın 10 illik tarixində Röyanın bu müsabiqəyə hələ heç bir aidiyyatı olmayıb. Sadəcə, mən bunu ona təklif etdim və razılaşdı. O, bir peşəkar düşüncəli və zövqlü insan olaraq münsiflər heyətində oturacaq və öz fikrini bildirəcək”.

Qeyd edək ki, münsiflər heyətinin üzvləri arasında Erkan Özerman, Anar Ağakişiyev, Validə Abbasova, Fəxriyyə Xələfova, Aygün Kazımova, Lyubov Qutorova və Ruhi də var.

Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954

Oxşar yazılar