“Eurovision-2011”-in milli seçiminə 120-yə yaxın müraciət olub
Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün milli seçimlərə 120-yə yaxın müğənni müraciət edib. Bu barədə APA-ya İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) musiqi, bədii və əyləncəli verilişlər departamentinin müdiri Natiq Abdullayev deyib.
Departament müdirinin sözlərinə görə, şifahi müsahibədən sonra milli seçimlərdə 90 nəfər qalıb: “İlkin olaraq 90 nəfər seçmişik. Milli seçimlərdə iştirak edənlər arasında 15-ə yaxın tanınmış müğənni var. Bundan başqa, xaricdə yaşayan azərbaycanlı müğənnilər, eyni zamanda başqa millətlərin nümayəndələri də müraciət edib. Seçimlərdə iştirak etmək üçün Rusiya, Avropa ölkələrindən də müraciətlər almışıq”.
N. Abdullayevin sözlərinə görə, “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçim prosesində müəyyən dəyişikliklər edilib: “Ötən il təmsilçi həm münsiflərin, həm də tamaşaçıların səsverməsi nəticəsində seçildi. Bu prinsipi əsas götürərək, təmsilçimizi həm sms, həm də peşəkar münsiflər heyətinin rəyi əsasında seçmək qərarına gəldik. Efir nümayişinə başlamazdan öncə isə 90 nəfər arasında bir dəfə də kastinq həyata keçirəcəyik. İlkin baxış olacaq, yalnız bundan sonra milli seçimin ilk mərhələsinə nə qədər sənətçi buraxıldığı müəyyənləşəcək”. Milli seçimlərin iki mərhələdə keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran N. Abdullayev bildirib ki, ilk mərhələdə hər həftə beş gün olmaqla ilkin kastinqin nəticələrinə uyğun olaraq müsabiqədən keçənlər müxtəlif janrlarında - dünya və “Eurovision” hitlərindən, eyni zamanda Azərbaycan xalq mahnılarını tamaşaçılar və münsiflər qarşısında ifa edəcəklər: “Noyabrın ilk ongünlüyündən başlayaraq həftə içi hər gün İTV-də saat yarımlıq canlı yayımla seçimlər nümayiş olunacaq. Hər həftə seçimlərdə ayrı-ayrı 9-luq iştirak edəcək. Namizəd həftənin birinci günü dünya estradasından, ikinci gün “Eurovision” müsabiqəsinin hitlərindən, üçüncü gün Azərbaycan xalq mahnılarından nümunələr oxuyacaq, dördüncü gün özünün məxsusi mahnı və rəqsini nümayiş etdirəcək. Hər həftənin beşinci günü həmin həftə ərzində çıxış edən 7 və ya 8 iştirakçının qiymətləndirməsi, nə qədər səs yığdığı açıqlanacaq, onlardan bir nəfər növbəti mərhələyə vəsiqə qazanacaq. Beləcə, bu proses 8-9 həftə davam edəcək. Bu proses bitdikdən sonra təxminən bir ay müddətində ikinci mərhələyə vəsiqə qazanan iştirakçıların seçimi aparılacaq. Birinci mərhələyə noyabrın ilk ongünlüyündə başlanması nəzərdə tutulur. Bu proses təqribən yeni ilə qədər yekunlaşacaq. Əsas mərhələyə 8 və ya 9 iştirakçı buraxılacaq ki, onların da arasından bir nəfər fevralın 2-də - Gənclər Günü ərəfəsində təmsilçi seçiləcək”.
N. Abdullayev milli seçimlərdə final konsertinin keçirilib-keçirilməyəcəyinin hələ ki, dəqiqləşmədiyini vurğulayıb: “Bu prosesdən ilk dəfədir, istifadə edirik, müəyyən təcrübə lazımdır. Təmsilçimiz həm “Eurovision”un prinsiplərinə uyğun gəlməli, eyni zamanda nəticə əlavə söz-söhbətlər yaratmamalıdır. Milli münsiflər heyətinin tərkibində xeyli dəyişiklik olacağı gözlənilir. Münsiflər heyəti üç ay müddətində “Eurovision” təmsilçimizi seçməklə məşğul olacaq. Bu səbəbdən də onların buna zamanı olmalıdır. Münsiflər heyəti kürsüsündə kifayət qədər mötəbər insanlar əyləşəcək”.
Onun sözlərinə görə, milli seçimlərdə tamaşaçı və münsif səsverməsi iki mərhələyə də aid olacaq: “Milli seçimlərdə Azərbaycanın tanınmış müğənnilərin övladları da iştirak edir. Lakin seçimlərlə onların kimin övladı olmasına deyil, bacarıqlarına önəm veriləcək”.

642