Xumar Qədimova: “Daha ideal kişini tapmağa çalışıram”-MÜSAHİBƏ
-Payızın ilk günlərini yaşayırıq. Xanımlarımız artıq qarderoblarını yeniləməyə başlayıblar. Siz necə, geyimilərinizi mövsümə, əhvalınıza və ya cibinizə görə alırsınız?
- Əsasən əhvalıma görə. Səmimi deyirəm, qarderobumda elə paltarlarım var ki, etiketləri hələ də üstündədir, yəni çoxdan almağıma baxmayaraq geyinməmişəm. Amma aşiq olub almışam. Əgər hər hansı geyimi sevib almışamsa, onu bir dəfə geyinib kənara ata bilmərəm. Əlbəttə, yeni mövsüm üçün nələrisə almışam, eyni zamanda köhnə paltarlarımı da geyinməyi nəzərdə tutmuşam. Mənim üçün dəb yox, üslub əsasdır.
-Öz üslubunuzla necə görünməyə çalışırsınız? Cazibədar, şıq, eleqant…
- Mən istər-istəməz stilimdə dəyişkən oluram. Hər cür görünə bilərəm. Əsas odur ki, geyindiyim mənə yaraşsın. İstədiyim obrazı özümdə asan yarada bilirəm. Çünki ən əsası şarmdır.
- Təsəvvür edin ki, çox bəyəndiyiniz bir kişi ilə şam yeməyinə gedirsiniz, nə geyinərsiniz?
- Cazibəmə arxayınam. Ona görə də çox əldən-ayaqdan getmərəm. Tez bir zamanda gözəl görünə bilərəm. Amma ilk növbədə, ayaqlarımı və dekolteni vurğulayaram. Ümumiyyətlə mini paltarlardan xoşum gəlir.
-Çəkilişimizə hansı geyimdə gəlmisiniz?
- Düşünürəm ki, hər bir xanımın qarderobunda qara qısa don olmalıdır. Bu paltar sadə, eyni zamanda şıq və cazibədardır, modern üslubdadır. Saç və makiyajımı isə Telman edib. Bu yaxınlarda onunla bərabər qeyri-adi layihələr edəcəyik.
- Çəkiniz qeyri-stabil olur, balansı saxlamaq çətindir?
- Mənim üçün arıqlamaq problem deyil, bir günə 1 kiloqram arıqlaya və ya əksinə kökələ bilərəm. Arıqlamaq öz əlimdədəir. Nə zaman məni arıq görsəniz, bilin ki, Xumar xanım xoşbəxtdir. Bir də mən aşiq olanda arıqlayıram.
-İlk növbədə kişinin nəyinə vurulursunuz?
- Ən çox ağır, diqqətcil, güvəniləcək kişiləri sevirəm.
- O zaman sizdə ilk baxışdan sevgi yaranmaz, çünki güvənmək üçün müəyyən zaman keçməlidir?
- Yox, tez bir zamanda da aşiq ola bilərəm. Ən önəmlisi isə sevilmədən sevmərəm. Sevildiyimi biləndən sonra sevməyə başlayıram. Amma ki, bütün sevənləri də xoşbəxt etmək imkanım yoxdur (gülür-red.).
-Sonuncu dəfə "mən səni sevirəm" sözünü nə zaman işlətmisiniz?
- Heç vaxt, çünki bu mənim üçün çox adidir. Fikrimcə sevmək ayrı qala bilməməkdir. Sevgimi elə sözlərlə bildirərəm ki, "sevirəm" sözündən min dəfə gözəl olar. Ən əsası sevgini səmimi söyləməkdir.
- Sevginizə nə son qoya bilər?
- Adətən münasibətləri mən bitirirəm. Yaxşı mənada buna səbəb eqoistliyim olur. Daha ideal kişini tapmağa çalışıram. Bəlkə də çox nazlıyam?!
- Kiminsə təsiri altına düşə bilərsiniz?
- Sevdiyim adamların təsiri altına asanlıqla düşürəm, amma laqeyd olduqlarımın, sevmədiklərimin təsirinə heç zaman.
- Buğa bürcündənsiniz. Bu bürc altında doğulanlar adətən tərs olurlar. Bu xasiyyətiniz həyatda sizə hansı çətinliklər yaradıb?
- Sevgidə tərsəm. Xaraktercə dürüst, obyektiv adamam. Təbiətən özümə qapalı olsam da, məni tanımaq çox asandır. Kimisə bağışlamaq məsələsinə gələndə çox tərslik edirəm. Xəyanəti bağışlamağı bacarmıram, söhbət təkcə kişi-qadın münasibətlərindən yox, qadın rəfiqələrdən də gedir. Amma sevəndə çox zəif oluram.
- Kişilərin hansı yalanları ilə üzləşmisiniz?
- Olub belə. Əgər hər hansısa insana laqeyd deyiləmsə, o zaman onun yalanı məni çox incidir. O yalanın arxasınca gedirəm. Əgər hansısa kişinin sevgisinə mən qarşılıqlı cavab vermirəmsə, onun yalanları mənim üçün önəmsizdir.
- Bəs qadın hansı hallarda sevdiyi kişisinə yalan danışa bilər?
- Cüzi yalanlara yol vermək olar, amma köklü yalan danışmaq, kişini məhv edəcək dərəcədə yalan danışmaq olmaz. Mənim bir xüsusiyyətim var, qarşımdakı yalan danışdığımı bilməsə də, mən vicdanım qarşısında əzab çəkirəm.
-Oğlunuzla münasibətləriniz necədir?
- Mən dəfələrlə söyləmişəm ki, ailəmin, qayda-qanunların xatirinə ərə getmişəm. Əslində ailə qurmaq heç istəməmişəm. Oğluma qarşı çox diqqətliyəm, narahat anayam. Allah bütün balalarımızı qorusun. İstəyirəm ki, oğlum ziyalı, savadlı, ən əsası canı sağlam olsun.
- Oğlunuz da gələcəkdə ailə qurmaq istəməsə, bu qərarı necə qarşılayarsınız?
- Mən ona ailə qurmağı arzulamıram. Çoxları məni buna görə qınayır. Mən övladıma xoşbəxtlik arzulayıram. Ola bilər ki, o, özünə toy çaldırmaz, amma o qədər xoşbəxt olar ki! Ən gözəl sarayda toy edənlərdən belə xoşbəxt! Əsas odur ki, balamın ürəyi sevinsin, həyatdan zövq alsın.
-Söhbətcil xanımsınız, kimlərlə söhbətiniz yaxşı tutur?
- Özümə uyğun adamlarla-istedadlı, duyğulu, ruhu ruhuma yaxın olanlarla.
- Kiminsə üstündə hökmranlıq etməyi xoşlayırsınız?
- Etmək istəməsəm də, o qabiliyyət məndə var. Olduğum məclislərdə, dostlar arasında mən insanları ələ almağı, idarə etməyi bacarıram. Onu qəsdən etmirəm, elə alınır.
-Qərarlarınızı asan qəbul edirsiniz?
- Yox, çox çətin.
-Səhv qərar qəbul edəndə peşimançılıq çəkirsiz?
- Əlbəttə, səhv qərarla mən tək qarşımdakını incitmirəm, eyni zamanda özümü də incidirəm. Hətta özümə nifrət edə bilərəm. Axı vicdanlı adamam. Məncə insanda ən vacibi vicdan olmalıdır. Vicdanlı adamdan çox yaxşı şeylər gözləmək olar.
Mənbə: Aysel jurnalı

1900