Müğənni Yeganə ana olmağa hazırlaşır
Hazırda Bakıda olan müğənni bu sevincini Lent.az-la bölüşüb. O, özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Bu, çox gözəl hissdir. Olmayanlara da arzulayıram. Ana olmaq təbii ki, hər bir qadının arzusudur, mənim də eləcə”.
Hamiləliyinin üçüncü ayında olan sənətçi uşağın cinsinin hələ məlum olmadığını deyib: “Mənim üçün də, Fateh üçün də uşağının cinsiyyəti önəmli deyil. Qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, əl-ayağı düz olsun və xeyirli övlad olsun. İndi mənim bircə arzum var – uşağımı sağ-salamat dünyaya gətirim. Əsas budur. Ana olmağa hazırlaşan bütün qadınlara da bunu arzulayıram”.
Yeganə qeyd edib ki, hazırda Bakıda olsa da, Türkiyədə də işini davam etdirir. Yaradıcılıq işlərini axsatmamağa çalışan sənətçi tədbirlərə, şou-proqramlara, el şənliklərinə qatılır.
Xəyalə

1666