Röya: “Utanıram onun adı gələndə”
21 sentyabr 2010 11:52 (UTC +04:00)

Röya: “Utanıram onun adı gələndə”

Müğənni bu barədə Lent.az-a məlumat verib: “ Musiqinin bəstəkarı Barat Abdullayevdir. Əvvəlcə istəyirdim təklifdən imtina edim. İnanmırdım ki, indi yaxşı film çəkə bilirlər. Bu günlərdə bir tamaşaya getmişdim, inanırsınız, baxdım, ətim töküldü, hamı səhnədə yalandan qışqırır, ora-bura qaçır... Lakin bu filmi izləyəndən sonra gördüm ki, film məni cəlb elədi. Filmin qəhrəmanı olduqca maraqlı bir qadındır, mən o filmə qadın gözü ilə tamaşa etdim. Mən ailəliyəm, yoldaşımla bəzən evdə dava düşür, deyirəm ki, ölərəm o gün ki, mən insanlar tərəfindən bəyənilməsəm... Fərqi yoxdur anayam, 5 uşağım var, ya yoxdur! Geyinim, bəzənim, evdən çıxanda gərək ərimə baxıb paxıllıq etsinlər! O stimul qadında itibisə, deməli ölüb. Bax bu filmdə qadının həyat yoldaşı, çox gözəl şəraiti var. Lakin arzuları yoxdur və o artıq həyatının 10 faizini kiməsə həsr etmək istəyir”.

Röya Ayxan sayca ikinci filmdə iştirak etsə gördüyü işi peşəkar filmdə debüt sayır: “Düzdür, bu filmdə iştirak etməmişəm, sadəcə səsləndirmişəm. Lakin bu mənim peşəkar kinoda ilk işimdir. Əvvəl çəkildiyim filmə film demirəm. O film deyil, çəkdiyim əziyyətdir, utanıram onun adı gələndə... O mənim üçün mini klipdir. Bu rejissordan filmə maliyyə qoyan adamın səhvidir. Çünki filmin sonuna yaxın dedilər, filmi çəkməyə pul yoxdur, ordan heç qazanc da görmədim...”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1877

Oxşar yazılar