Azəri Günel: “Sevgi istəyirəm”- FOTO
20 sentyabr 2010 16:34 (UTC +04:00)

Azəri Günel: “Sevgi istəyirəm”- FOTO

Lent.az-ın məlumatına görə, tədbirdə müğənni Röya və mahnının bəstəkarı Nazim Məmmədov da iştirak ediblər.

Mahnının musiqi aranjemanını Türkiyəli bəstəkar Kərəm Öktən hazırlayıb.

Günel mahnının adına gördüyü maraqdan danışıb: “Mahnı hazır olduqdan sonra internet səhifəmdə “Sevgi istəyirəm” yazdım. Bütün heyranlarım, tanışlarım “hərəkətə keçdi”. Daha sonra açıqladım ki, bu mahnının adıdır”.

Bəstəkar Nazim Məmmədov Günelin Türkiyədə hazırladığı albomda yeni gözəl mahnıların yer aldığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Röya Ayxan gələcəkdə gənc müğənni ilə duet oxumağı planlaşdırdığını, lakin bunun pop janrında olmayacağını xəbər verib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1562

Oxşar yazılar