“Şeron” qrupu “vur-çatlasın” etdi
18 sentyabr 2010 12:25 (UTC +04:00)

“Şeron” qrupu “vur-çatlasın” etdi

Lent.az-ın məlumatına görə, tədbir KİV-in, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutub. Tədbirdə “Şeron”da çalışan hər bir iştirakçının müxtəlif illərdə çəkilmiş video çarxları göstərilib. Daha öncə qrupda fəaliyyətləri olmuş bir neçə “Şeron”çu da gecənin qonağı olub, qrupun bu günə qədərkı fəaliyyəti haqqında məlumat verilib.


Yığıncaqda video çəkilişlərə məhdudiyyət qoyulub. Tədbir səhərə qədər davam edib, gecə boyu müxtəlif sənətçilər musiqi nömrələri ilə qrup üzvlərini təbrik edib.

Qeyd edək ki, yığıncaq həm də digər əlamətdar bir hadisə ilə də bağlı düzənlənib. 28-30 avqustda Ukraynanın Krım şəhərində keçirilən “Voştoçnıy bazar” (Şərq bazarı) adlı musiqi festivalında Azərbaycanı Rüstəm Zeynallının bədii rəhbəri olduğu “Şeron” qrupu təmsil edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ukraynaya yollanan qrup Azərbaycanı layiqincə təmsil edib, 4-cü yerə layiq görülüb.

Qrup Festival çərçivəsində 3 dəfə səhnəyə çıxıb. İlk çıxış zamanı üzvlər xüsusi əl işi hazırlanan cübbələrdə və milli naxışlarla bəzədilmiş milli geyimlərlə səhnədə “Şur” təsnifini ifa edib. Sözügedən təsnif bir neçə il əvvəl mahnı Azərbaycan Kopoera Federasiyası üçün yazılmış himndir.


Qrupun ikinci çıxışı festivalın qaydalarına əsasən, bəstəkar mahnısı olub. “Şeron” bəstəkar Aygün Səmədzadənin “Duman” mahnısını ifa edib. Mahnının sözləri Zemfira Allahverdiyevaya məxsusdur.


Onlar finalda isə “Şələküm” mahnısını oxuyublar.

Ümumilikdə, festivalda 30 ölkədən 52 iştirakçı iştirak edib. İlk üçlüyə Ukrayna-Krım, Gürcüstan və Qazaxıstan layiq görülüb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586

Oxşar yazılar