Tanınmış biznesmendən azərbaycanlı müğənnilərə dəstək
08 sentyabr 2010 16:14 (UTC +04:00)

Tanınmış biznesmendən azərbaycanlı müğənnilərə dəstək

Sənətçilərin birgə həyata keçirəcəkləri layihənin prodüseri İsa Məlikov Lent.az-a açıqlamasında bildirib ki, Berlində “Çıx get” adlı duetə klip çəkiləcək: “Klipin rejissoru Elrəng olacaq. Burada 5 gün çəkiliş davam edəcək. Klipin orijinal olacağına indidən zəmanət verə bilərik, interyer Berlinin görüntüləri ilə zəngin olacaq”.

Prodüser klipin məhz Berlində çəkilməsinin səbəbini belə izah edib: “İstəyirik ki, oxunan mahnı reallığa uyğun olsun. Layihə musiqi və kliplə yekunlaşmayacaq. Albom şəklində hazırlanacaq həmin mahnı alman, Azərbaycan, ingilis dillərində satışa çıxacaq”.

Layihənin Bakıda da təqdimatı gözlənilir.

Prodüser sözügedən layihəyə tanınmış biznesmenlərdən birinin sponsorluq etdiyini deyib: “Layihənin maliyyəsi nə Elli, nə də Xose tərəfindədir. Proyektin direktoru tanınmış biznesmendir, adının açıqlanmasını hələlik istəmir. Ola bilsin, təqdimatda iştirak etsin. Hələlik dəqiq məlumat verə bilmərəm”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar