“Eurovision”dan Gürcüstana qadağa
Mayda Moskvada keçiriləcək “Eurovision 2009” mahnı müsabiqəsində Gürcüstanı təmsil edən “Stepane and 3 Girls” qrupunun ifa etdiyi “We don’t want put in” mahnısı diskvalifikasiya olunub.
Lent.az-ın məlumatına görə, bu barədə yarışmanın təşkilatçıları açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Avropa Yayım Birliyi (EBU) həmin mahnının yarışın qaydalarına uyğun olmaması ilə bağlı Gürcüstana xəbərdarlıq edib.
Sözügedən mahnının nəqərat hissəsi “Putini istəmirik” kimi səslənir.EBU siyasi mövzulu mahnıların yarışda ifa olunmasının əleyhinədir. Gürcüstanın həmin mahnının mətnini dəyişdirməsi və ya başqa mahnı ilə əvəzləməsi tələb olunub.
Qeyd edək ki, mahnının mətni belədir:
Bəzi insanlar sənə nağıllar danışır,
Səni dizlərinin üstünə çökdürmək üçün
Amma sənə onu deyim, narahat olma!
İçkimdən bir qədəh daha
Cəhənnəmi içimdən atacaq,
Yaxşı şeylərə fikrini cəmləşdir,
Bəzi yaxşı şeylər, sadəcə yaxşılardır...
Neqativ hisləri içəri almaq istəmirik (Putini istəmirik)
Kefimizi öldürür
Yaxın buraxmaq istəmirik (Putini istəmirik)
Çünki bu neqativ tövr əhvalımızı korlayır.

Oxşar yazılar

Ronaldo toydan əvvəl hədiyyələrə nə qədər xərcləyib?
15 avqust 2025 , 16:14
Məşhurlar qucaqlaşıb foto paylaşdılar
15 avqust 2025 , 15:01
Müğənninin ölümünün 35-ci ildönümündə ŞOK: qəbri üstündə pivə içdilər
15 avqust 2025 , 12:34
Milyoner ana usaqlarını özəl təyyarə ilə gəzdirir - FOTOLAR
15 avqust 2025 , 11:51
Sinem Kobal 38 yaşında gənc qız kimi göründü - FOTOLAR
15 avqust 2025 , 11:07
Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 , 23:08
Taylor Swifti əvvəllər heç belə görmədiniz- FOTOLENT
14 avqust 2025 , 15:41