Azərbaycanda ilk dəfə həyəcan dolu Zone reality düşərgəsi keçiriləcək
Yeni layihəsi ilə yenidən gənclərin qarşısına çıxan “Flame production” avqustun 30-dan sentyabrın 5-ə kimi “Zone reality” düşərgəsi keçirəcək.
“Zone Reality” layihəsinin rəhbəri Günel Teymurun Lent.az-a verdiyi məlumata görə, 18-35 yaşlı hər kəs düşərgədə ola bilər. Layihənin əsas məqsədi fiziki və zehni cəhətdən bilik və bacarıqları inkişaf etdirməklə yanaşı, iştirakçılara əyləncə dolu anlar yaşatmaqdır: “Layihə ərzində dünyaca məşhur olan Survivor, Fear factor, Wipe out və digər reality proqramlarının ən maraqlı oyunları, eyni zamanda “Brain ring”, “Kim, Harada, Necə?” kimi intellektual oyunlar keçiriləcək. Bu da gənclər arasında həm fiziki, həm də məntiqi təfəkkürü inkişaf etdirəcək. Hər günün sonunda yaşanmış həyəcan dolu dəqiqələr və maraqlı anlar Zone Reality Online TV –də müntəzəm olaraq yayımlanacaq. Oyunlarda xüsusi fərqlənib ən çox bal toplamış iştirakçıya və qalib komandaya sponsorlar tərəfindən qiymətli hədiyyələr veriləcək”.
G.Teymur bildirib ki, layihədə iştirak üçün ərizə qəbulu başlayıb. Layihəyə ərizə qəbulunun son tarixi 25 avqustdur.
Xəyalə

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35