Röya və Zamiq Göyçayda küsdürən hadisə
“Nar mobile”-ın sponsurluğu və “Ulduz” prodakşnın təşkilati dəstəyi ilə “Doğma Diyar” adlı layihənin daha bir konserti Göyçayda baş tutub. Lent.az-ın məlumatına görə, konserti teleaparıcı Samir Bayramlı açıb, göyçaylılara “Nar mobile”-ın konsert boyu keçiriləcək uduşları haqda məlumat verdi.
Müğənnilərdən tamaşaçıların qarşısına ilk öncə “Uçduq” mahnısı ilə Zamiq çıxıb. İfaçı “Sən necə də gözəlsən” mahnısını oxuyan zaman tamaşaçılar da ona qoşulub. Bir saata yaxın proqramla çıxış edən Zamiq daha sonra Röyanı səhnəyə dəvət edərək onunla birgə göyçaylılar üçün duet oxuyub.
Səhnədə estafeti əlinə alan Röya son zamanlar çox sevilən mahnılarını ifa edib. İfaçının hər çıxışı böyük alqış və sevgiylə qarşılanıb.
Tamaşaçıların xahişi ilə konsertin sonunda Zamiq və Röya “Sevişiyoruz” adlı duetlərini yenidən ifa ediblər. Konsert boyu müğənniləri “Nero” rəqs qrupu onların mahnıları üçün hazırlanan rəqslərə müşayiət etdi.
“Doğma diyar” layihəsinin kollektivi göyçaylılar tərəfindən yüksək səviyyədə qarşılansa da, Röya və Zamiq konsert boyu onların alqışlarından və isti münasibətlərindən zövq alsalar da, rayon rəhbərliyindən narazı qalıblar. Rəhbərlik layihənin iştirakçıları üçün yüksək səviyyədə şərait yaradacağına söz versə də vədinə əməl etməyib.
“Doğma diyar” layihəsinin kollektivi bütün işləri özlərini həyata keçirdiyini, icra nümayəndəliyinin bu işdə heç səyi olmadığını deyib. Buna baxmayaraq, yaradıcı və texniki heyətin peşəkarlığı, səs və işıq effektləri, qüsursuz səhnə quruluşu, müğənnilərin rayon sakinləri ilə isti və səmimi münasibəti sayəsində konsert yüksək səviyyədə keçdi. İcra başçısından fərqli olaraq, Göyçay Mədəniyyət və Turizm şöbəsinin müdiri Sahib Şükürov əlindən gələn dəstəyi əsirgəməyib.
Növbəti konsert isə iyulun 26- da Mingəçevirdə olacaq.
Lalə Yusifqızı

696