Aygün Bəylər evinə qapanıb
16 iyul 2010 13:00 (UTC +04:00)

Aygün Bəylər evinə qapanıb

“Canana məndən başqa biri baxanda narahat oluram...”

Əməkdar artist Aygün Bəylər Beynəlxalq Muğam Mərkəzində verdiyi solo konsertdən sonra evinə qapanıb. Müğənni qızı Cananı özündən başqa kimsəyə etibar etmir. Bu barədə müğənni özü Lent.az-a danışıb: “Yay ayıdır, konsertdən sonra dincəlmək qərarına gəldim. Mənim dincliyim, istirahətim körpə Cananımla bağlıdır”.

Müğənni körpəsinə baxmaqdan zövq aldığını deyib: “İndi mənim bütün həyatım qızımla bağlıdır, ona kim baxırsa, narahat oluram, elə bilirəm ki, məndən başqa kimsə ona yaxşı baxmır... Qızımı özüm böyüdəndə rahat oluram... Hələlik konsertim, istirahətim, layihələrim Cananımdır...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar