Azərbaycanlı müğənni qısa zamanda ikinci “Vağzalı”nı çaldırdı
Bir ay öncə səssiz-sədasız 3 illik həyat yoldaşından ayrılan müğənni Samir Piriyev iyulun 12-də şəhər restoranlarının birində ikinci dəfə özünə toy çaldırıb. Lent.az-ın məlumatına görə, Piriyev bu dəfə “Space” telekanalında yayımlanan “Bazar” verilişinin müxbiri Anara Fətəliyeva ilə ailə həyatı qurub.
Anara üçün birinci dəfə olsa da, Samir ikinci dəfə “Vağzalı” sədaları altında qapıdan içəri girib. Cütlük toy boyu olduqca xoşbəxt görünüb.
Qeyd edək ki, müğənnilərin son illərdə toyu işıqlandırmamaq üçün adət halını alan mətbuata qadağa ənənəsi bu dəfə aktuallığını itirib. Müğənni hətta gözətçilərə toyu işıqlandırmaları üçün jurnalistlərə mane olmamalarına göstəriş verib. Məclisi Murad Arif və müğənni Ayaz Qasımov idarə edib.
Qeyd edək ki, əvvəlki toydan fərqli olaraq bu dəfə müğənninin toyunda həmkar dostlarının azlıq təşkil edib. Mətanət İsgəndərli, Rəqsanə, Nadir Qafarzadə, Emil Bədəlov, Ramal, Elçin Hüseynov, Elariz, Hüseyn Dərya, Nura Suri, Xəyyam Nisanov, rəqqasələr Məryəm və başqa sənətçilər, klipmeyker və şoumenlər toyun iştirakçılarının sırasında olublar. Norveçdə olan Alim Qasımovla müğənni Birilliant Dadaşova toya telefonla bağlanaraq cütlüyü təbrik ediblər.
Toyu zənginləşdirən maraqlı elementlərdən biri Anaranın həyat yoldaşına hazırlatdırdığı slayd-şou olub. Slayd-şouda tədbirlərin birində tanış olan ikilinin tarixçəsi işıqlandırılıb.
Nəzrin

Oxşar yazılar
Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13