İlqar Xəyal: “Mühəndis kimi görsəniz, heyrətlənməyin...”
Toy məclislərinə çağırılmadı, idman proqramı aparıcısı oldu...
90-cu illərdə populyarliğının pik nöqtəsində olan “Karvan” qrupunun eks-solisti İlqar Xəyal bu günlərdə özünü fərqli obrazda nümayiş etdirir. Lent.az-ın məlumatına görə, müğənni hazırda Azərbaycan Dövlət Televiziyasının “İdman Azərbaycan” telekanalında “Çempionlar klubu” əyləncəli televiktorinasına aparıcılıq edir.
Sənətçiyə yaxın olan şəxslərdən birinin məlumatına görə, son vaxtlar müğənnilikdən çox aparıcılığa üstünlük verən İlqar Xəyalın bu qərarına səbəb toy məclisləri və şou-proqramlara az dəvət olunması ilə bağlıdır.
Müğənni özü sənətini ikinci plana keçirmədiyin vurğulayıb: “Ola bilər ki, tamaşaçılar məni daha çox efirdə gördükləri üçün onlarda belə fikir formalaşıb ki, yaradıcılığımı sırf teleaparıcılığa yönəltmişəm. Yeni-yeni mahnılar da yazdırıram, korporativ gecələrdə də çıxış edirəm”.
Müğənninin indiyə qədər üzə çıxarmadığı başqa qabiliyyətləri də var imiş: “Natamam musiqi təhsili ilə bərabər, həm də Texniki Universitetin məzunuyam. Texnikadan çox yaxşı başım çıxır. Bəlkə də çoxları bu açıqlamamı oxuyub, təəccüblənəcək. İnanın, məişət cihazlarından tutmuş, texniki avadanlığa qədər hər şeyi təmir edə bilərəm. Bunu ona görə dedim ki, nə vaxtsa İlqar Xəyalı mühəndis kimi də görsəniz, heyrətlənməyin. Bir sözlə, pərəstişkarlarımı öz bacarıqlarımla hələ təəccübləndirməyə davam edəcəyəm”.
Nəzrin

Oxşar yazılar
Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13