Nəvələrindən azərbaycanlı bəstəkara sürpriz
İyunun 7-də bəstəkar İmruzə Hüseynovanın yaradıcılıq gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, “Ağ çiçəklərim” adı altında baş tutan gecənin aparıcılığını bəstəkarın özü öhdəsinə götürüb. Bəstəkar aktyor-aparıcı Firdovsi Atakişiyevlə birgə tədbiri idarə edib. “Hesab edirəm ki, mahnılarımı özümdən yaxşı heç kim təqdim edə bilməz. Düzdür, bəstəkaram, amma məncə, bu konsertdə məndən yaxşı heç kim aparıcılıq edə bilməz. Çünki o mahnıların hamısına mən xüsusi qayğı ilə, özəlliklə yanaşıram, sanki onlar mənim övladlarımdır. Həm də bir dəyişiklik olsa, məncə, pis olmaz” - deyə, İ.Hüseynova bildirib.
İlk olaraq səhnəyə əməkdar artist Tünzalə Ağayeva çıxaraq, bəstəkarın yeni mahnısını ifa edib. Xatırladaq ki, konsertin adı da məhz sözləri Nurəngiz Günə məxsus olan “Ağ çiçəklərim” adlı mahnı ilə bağlı idi.
Bəstəkarın nəvələri də bu gecədə nənələrini öz instrumental ifaları ilə sevindirib. Bundan başqa, İmruzə xanım tələbələrinin də uğurlu çıxışlarından məmnun qaldığını etiraf edib.
Sürprizlərin davamında isə bəstəkara gözlənilməz hədiyyə verilib. Belə ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının icraçı katibi Eliza İsmayılova həm bəstəkarı, həm də qrupu diplomla mükafatlandırıb. Alqışlarla davam edən gecədə xalq artistinin bağlanış ifası xüsusi ilə yaddaşlarda qalıb.
Onu da qeyd edək ki, tədbirdə xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, cazmen Cavan Zeynallı, “Next” qrupu, müğənnilər Nadir Qafarzadə, Elnur, Abbas Bağırov, Samir Piriyev və digərləri çıxış edib.
Lalə Yusifqızı

Oxşar yazılar
Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13