Səfurə Əlizadənin anası: “Qızımla fəxr edirəm” - MÜSAHİBƏ
“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycana 5-ci yer qazandıran Səfurə Əlizadə mayın 31-də Bakıya dönüb. Lent.az-ın məlumatına görə, müğənni Heydər Əliyev adına hava limanında jurnalistlərin suallarını cavablandırıb. Müğənnini dəstəkləmək üçün Norveçə gedən Safura Əlizadənin anası Nailə xanım da bəzi suallara cavab verib:
- Hamı Səfurə ilə fəxr etməlidir. O tək başına nəhəng ölkələri geridə qoyub beşinciliyə layiq görülüb.
- Sizcə bu fəxr olunası nailiyyətdə müsabiqədə xərclənən maliyyə rol oynayıbmı?
- Bəli, məncə rol oynaya bilər. Lakin onu da yaddan çıxarmayın ki, Səfurə favorit idi.
- Qızınıza rəqib kim idi?
- Mən heç nə deyə bilmərəm və qızımı da heç kəslə müqayisə etmək istəmirəm. Səfurə ilə də fəxr edirəm. İstərdim bütün Azərbaycan bilsin ki, öz balalarımızla fəxr etməliyik.
- Nəticələrdən razısınızmı?
- Bəli! Bizim üçün əsas o idi ki, Ermənistanı geridə qoyduq. Sizin orda olmağınız və yaxından müşahidə etməyiniz lazım idi, onda görərdiniz ki, Səfurə necə qarşılanırdı. Amma Yeva Rivası orada çox adi görünürdü. Yeva Səfurənin yanında siçana dönmüşdü.
- Azərbaycan bu il çox güclü şəkildə təbliğ edildi. Sizcə bu heç bir rol oynamadı?
- Yox, iş təbliğatla deyil. Onun öz çalışmağı... “Yeni Ulduz”da da o favorit idi. Axıra qədər favorit adı ilə getdi və birinciliyə layiq oldu. Azərbaycanı gələcəkdə bütün ölkələrdə tanıtdıracaq.
- Qızınıza rəqib yox idi?
- Yox, yox! Heç bir rəqib yox idi. O 17 yaşında idi, amma qalanları 25-30 yaşında idi. 17 yaşında o layiqincə çıxış etdi.
- Lakin orda 19 yaşında bir çox iştirakçılar var idi.
- 19 yaşla 17 yaşın vokal anlamda çox böyük fərqi var. 19 yaşda səs oturur, lakin 17 yaşda o qaça-qaça, özünü ora-bura vuraraq, çalışaraq oxudu.
Lalə Yusifqızı

1598