1 milyon dollarlıq ad günü
24 may 2010 10:15 (UTC +04:00)

1 milyon dollarlıq ad günü

Oliqarx sevgilisi Naomi Kempla sürpriz edib



Tanınmış top model Naomi Kempl 40 yaşını fransız Rivierasında 1 milyon dollarlıq möhtəşəm mərasimlə qeyd edib.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, top modelin rus milyarder sevgilisi Vladimir Doronin tərəfindən məşhur “Hotel Du Cap” da təşkil olunan ad günü mərasimində modelyerlər Donatella Versace, Giorgio Armani, top model Kate Moss, müğənni Cennifer Lopez və onun həyat yoldaşı Mark Antoni, digər rusiyalı milyarder Roman Abramoviç də iştirak ediblər.


İngilis geyim markası Top Shopun mağazalar şəbəkəsinin sahibi Filip Qreen və qızı Çloenin, şahzadə Beatricenin də olduğu mərasimdə Grace Cons və Black Eyed Peas səhnədə yer alıblar. Təbrikdən öncə Vladimir Doronin sevgilisi Naomi Kempla ağ gül yollayıb.


Qeyd edək ki, Kann Film Festivalı ilə bağlı bir müddətdir ki, Vladimir Doronin ilə Rivierasda olan top model həftəsi 500 min dollara kirayələnən “Silver Angel” adlı bir yaxtada qalır. Ad günü tortu üçün isə 100 min dollar xərclənib.


Xatırladaq ki, iki sevgili yaz aylarında Tropezdə biry axtada verilən mərasimdə tanış olublar və bir-birlərinə aşiq olublar. Evli olmasına baxmayaraq, uzun müddətdir ki, Naomi Kempl ilə birlikdə olan Vladimir Doronin bu günlərdə evlənəcəklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar

Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16