Səda Sayan proqramında Azəri Güneli təhqir etdi
Müğənni Azəri Günel dünən Türkiyənin “Show TV” kanalında yayımlanan “Sabahın sədası” proqramının qonağı olub.
Tanınmış müğənni Səda Sayanın aparıcısı olduğu proqrama telefonla qatılan izləyici “erməni xalq mahnısı” adlandırdığı “Sarı Gəlin” mahnısını sifariş edib. Mahnı oxunduqdan sonra Azəri Günel mahnının erməni xalq mahnısı olmadığını izah etməyə çalışdığı vaxt türkiyəli müğənni onun sözünü kobudluqla kəsərək “aman, sən də bozuk turkcənlə nəyi anlatacaqsan” deyərək musiqiçilərə mahnıya keçid almağı tapşırıb.
Bu hadisədən sonra Azəri Günel Lent.az-a televiziya proqramında sonradan nələr yaşandığını danışıb: “Verilişin sonuna bir neçə dəqiqə qalmışdı, böyüklərə qarşı tərbiyəsizlik etməyə öyrəşmədiyim üçün studiyanı tərk edə bilmədim, daha doğrusu o vaxt nə edəcəyimi bilmədim, özümü itirmişdim... Elə həmin proqramda bir dəfə məni millətimin gözündən salmağa çalışdılar, ikinci dəfə buna icazə verməyəcəyəm. O qədər sarsıldım ki, veriliş bitər-bitməz sağollaşmadan proqramdan getdim. Bu mənə və millətimə qarşı olduqca kobud və bağışlanılmaz hərəkət idi...”
Lalə Yusifqızı

Oxşar yazılar

Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14
Akif İslamzadə oğluna toy etdi - VİDEO
5 may 2025 , 08:58
Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36