Nazpəri Dostəliyeva Gürcüstanda konsert verəcək
Konsertdə xalq artisti ilə bərabər “Next” qrupu da iştirak edəcək
Xalq artisti Nazpəri Dostəliyeva 28 may Müstəqillik Günündə Gürcüstanda konsert verəcək. Bu barədə Lent.az-a tədbirin təşkilatçısı “Europe Star” kompaniyasının mətbuat xidmətindən məlumat verilib. Müğənninin “Getdi yar” klipində yer alan gənclərdən ibarət “NEXT” qrupu da səhnədə olacaq.
Tiflis Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Nazpəri Dostəliyeva, eləcə də “Next”dən sürpriz ifalar gözlənilir.
Təşkilatçı qismində çıxış edən “Europe Star” kompaniyası direktoru Seyid Təbrizi isə seçimlərinin niyə məhz bu sənətçilər olmasına isə bu cür aydınlıq gətirib: “Nazpəri xanım çox sevilən sənətçidir, xüsusilə də burada yaşayan həmyerlilərimiz tərəfindən. Nazpəri Dostəliyevanı və son zamanlar populyarlaşan “NEXT” qrupunu dəvət etdik. İnanıram ki, bu konsert nəinki, burada yaşayan azərbaycanlıların hətta, gürcülərin də ürəyincə olacaq. Öncə Azərbaycanın Müstəqillik günü olduğu üçün biz bunu oradakı həmyerlilərimizə hədiyyə edəcəyik”.
Nəzrin

Oxşar yazılar

Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14
Akif İslamzadə oğluna toy etdi - VİDEO
5 may 2025 , 08:58
Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36