Faiq Ağayev: “Yenə daş atacaqlar...”
Xalq artisti Faiq Ağayev təxirə düşən “Made in Azerbaijan” adlı konsertini yaxın zamanlarda reallaşdırmağa çalışır. Bu barədə müğənni özü Lent.az-a açıqlama verib: “Konsertin təşkilatçısı Bakı Şəhər Mədəniyyət və Turizm idarəsidir. Sponsorlar haqda hələlik heç nə deyə bilmərəm. 36 nəfərlik orkestrlə çıxış edəcəm. Orkestrin rəhbəri Rüstəm Zeynallıdır. Proqramda Ramal, Rəvan Qarayev, Emin Kərimi, Cahangir Cahangirovun retro musiqisi səslənəcək, Xanım İsmayılqızı, Vüqar Camalzadə, Givi və digərlərinin musiqiləri, ümumilikdə 26 mahnı olacaq. Səhnədə böyük rəqs heyəti çalışacaq - “Spyder” şou-balet qrupu, şəhərdə ən gözəl rəqs edən peşəkarlar toplanıb. Konsert “Made in Azerbaijan” adlanması Azərbaycan sənətkarının dünya standartlarına uyğun konsert keçirə bilməsinin əlaməti kimi seçilib”.
Ağayev konsertin vaxtının yaxın günlərdə dəqiqləşəcəyini deyib: “Konsertin vaxtı bu gün Fərhad Babayevlə danışdıq. Mayda 4 gün silsilə konsert vermək imkanı yoxdur. Konsert keçirmək imkanı var, lakin 4 gün yox. İyun ayının ilk həftəsindən istifadə etməliyəm”.
Müğənni payızda regionlarda da konsert verəcəyini deyib: “Regionlarda da konsert olacaq, lakin bu layihə yaydan sonra reallaşacaq”.
Qeyd edək ki, konsertin maliyyə dəyəri 160 min Azərbaycan manatıdır. Biletlər 5-35 manat arasında olacaq: “İstənilən Azərbaycan vətəndaşı konsertə gələ bilər. Hamıya imkan yaradacam. İstəyirəm ki, istənilən pərəstişkarlar gələ bilsin”.
Müğənni bu dəfə qısqanclıq yaradacağından əmindir: “Mənə sual verirlər ki, qorxmursunuz, yenə daş atacaqlar. Deyirəm ki, qoy onlar da bəhsə girib etsinlər. İstənilən müğənniyə mən təşkilatçı kimi konsert edərəm. Gözləyək, görək necə keçəcək. Durub məni tərifləməyəcəklər ki, konsertim yaxşı keçdi...”
Lalə Yusifqızı

Oxşar yazılar

Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14
Akif İslamzadə oğluna toy etdi - VİDEO
5 may 2025 , 08:58
Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36