İbrahim Tatlısəs, Özcan Dəniz, indi də İradə İbrahimova...
Müğənni İradə İbrahimova musiqisi Minayə İbrahimovaya, sözləri Günel Sərdarqızına məxsus olan yeni mahnını Türkiyədə lentə yazdırıb. Bu barədə Lent.az-a İradə İbrahimovanın mətbuat katibi Zəminə Rəhimqızı məlumat verib: “Ifa zamanı onu İbrahim Tatlısəs, Özcan Dənizi müşayiət edən “Yaylı” qrupu skripka, alt, violonçel və viola alətlərində müşayiət ediblər. Eyni zamanda Sezen Aksunun musiqiçilərindən olan Altan Turanın pərdəsiz gitarada ifası mahnıda yerini alıb.
Aranjeman işi Yaşar Baxışa məxsus olan mahnıya hələlik dəqiq ad seçilməyib. Yaxın günlərdə İstanbuldan Bakıya gəlməyi düşünən İradə xanım yaradıcılıq işi ilə bağlı mətbuata daha yeni məlumat verəcəyini qeyd edib.
Nəzrin

510