Elza Seyidcahandan yeni layihə
19 mart 2010 12:45 (UTC +04:00)

Elza Seyidcahandan yeni layihə

Qeyri-adi layihələri ilə tamaşaçılarını təəccübləndirən müğənni Elza Seyidcahan yeni bir layihə üzərində çalışır. O, solo konsert proqramına hazırlaşır. Müğənninin Lent.az-a verdiyi məlumata görə, konsert mayın 25-də Heydər Əliyev Sarayında keçiriləcək.

Ekologiya ili münasibəti ilə təşkil olunan konsert proqramı “Bu şəhərim, planet və ulduzlarım” adı altında baş tutacaq. Müğənni öz bəstələri ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının da əsərlərini ifa edəcək. Bundan başqa, tamaşaçılara Elza Seyidcahanın ifasında hələ heç yerdə səslənməyən mahnılar da təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar