Aygün Səmədzadə: “Mən bu sözü alçaltmaq üçün deməmişəm”
Bəstəkar Aygün Səmədzadə Elariz, Nazpəri Dostəliyeva və Nadir Qafarzadənin ifalarından narazı olduğu barədə yayılan məlumata münasibət bildirib. Müğənni Lent.az-a söhbətində adıçəkilən müğənnilərə qərəzsiz münasibəti olduğunu və onları insan kimi dəyərləndirdiyini deyib: “Xəbərdə nə yazılıb, bilmirəm, lakin onu deyə bilərəm ki, bu xəbərin mənbəyi başqa şəkildə radio verilişində olub. Jurnalist məndən kimin ifasını dinləmədiyimi soruşdu, mən də əvvəlcə heç kimin adını çəkməyəcəyimi dedim. Sonra o adlar səsləndirdi, mən qısa şəkildə “hə” və “yox”la cavablandırdım. Bu siyahı başqa cür ola bilərdi, sadəcə, jurnalist həmin şəxslərin adlarını sadaladı. Bu o demək deyil ki, onlar pis müğənnilərdir. Bəlkə istəmədiyim repertuara qulaq asmaq istəmirəm? Mən dinləyici kimi cavab vermişəm. Sizə onu deyim ki, mənim musiqimi Nazpəri xanım ifa edib. Elarizi də, Nadiri də müğənni kimi, insan kimi çox bəyənir və qiymətləndirirəm”.
Bəstəkar, qalmaqala səbəb olan fikri sadəcə dinləyici kimi səsləndirdiyini və burda qeyri-adi heç nə olmadığını deyib: “Bu cavab heç bir başqa məna daşımır. Mən heç bir şəkildə yox ifadəsini alçaltmaq üçün deməmişəm. Heç kimin xətrinə dəymək istəmirəm, hər birinə də hörmətim var”.
Qeyd edək ki, day.az saytı Aygün Səmədzadənin Nadir Qafarzadə, Nazpəri Dostəliyeva və Elarizin ifalarından qane olmadığı barədə açıqlama verdiyini yazmışdı.
Lalə Yusifqızı

Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04