Qalib namizədlərdə qalibiyyət üçün nə çatışmır? -SORĞU
Fevralın sonunda namizəd iştirakçılar Məryəm Şabanova, Milk&Kisses və Safura Əlizadənin arasından bi namizəd seçiləcək. Lent.az-ın kiçik sorğusu namizədlər və milliseçim haqqında müəyyən qənaətlər əldə edib.
“Favorit iştirakçım yoxdur”
“Lider” telekanalının baş prodüseri Murad Dadaşov:un bulki namizədlər arasında favoriti yoxdur: “Açığını deyim ki, mən 6 iştirakçı arasında favorit görmürəm. Təbii ki, təcrübə öz sözünü deyir... ”
Dadaşov ötən ilki namizədlə bu ilki namizədlərin arasındaki fərqi izah edib: “Ötən il Ayselə qarşı müəyyən təzyiqlər və narazılıqlar var idi. Lakin Ayselin yanında Araş kimi önəmli faktor var idi”.
“Üçlükdə nisbətən “Milk and Kisses”ini çıxışı maraqlı və gözəldir” açıqlaması ilə mövqeyini açıqlayan Murad Dadaşov “Eurovisiona” layiqli namizəd açıqlamaqda çətinlik çəkib: “Azərbaycanda “Eurovision”a layiqli namizədin kim olduğunu demək mənim üçün çox çətindir. Çünki toy industriyası müğənniləri elə vəziyyətə salıb ki, istedadları, potensialları olsa da, toy repertuarları ilə onları “Eurovision”da görmək bir qədər inandırıcı gəlmir.
“Üçü də bir-birindən fərqlənmir”
Əməkdar artist Tünzalə Ağayeva üç finalçı arasında seçim etməkdə çətinlik çəkir: “Üçlükdə bir-birindən fərqlənən ifaçı görmürəm. Məncə düzgün istiqamələnsələr, hazırlansalar, yaxşı mahnı və imic seçsələr, yəqin ki, onlar artıq başqa şəkildə təmsil olunacaqlar. Ötən il Ayselə də birmənalı münasibət bəslənmirdi. Lakin Aysel bu narazılıqlara üçüncülüklə nöqtə qoya bildi.
Əməkdar artistin qənaətincə, iştirakçı namizədin ultra istedadlı olması o qədər də vacib deyil: “İfaçılarda qeyri-adi istedad axtarmaq lazım deyil. Məncə qalibiyyət üçün düzgün piar, Avropada lazımi qurumlarlda işləmək, düzgün siyasətlə təqdimat daha vacibdir. Nə Dima Bilan, nə də Rıbak qeyri-adi istedada malik deyildi. Düzgün siyasət onları qalibiyyətə apardı. “Eurovision”un öz qanunları və maraqları var. Bu maraqların kursunu tutmaq və o yöndə fəaliyyət göstərmək lazımdır.
Tünzalə Ağayevanını milli seçimdə qalib gəlmədiyinə görə təəssüfləndiyi iştirakçı Ülviyyə Rəhimova olub: “Ülviyyə Rəhimovanın getməsinə təəssüf etdim. Orada geyimi və imici də düzgün deyildi. O qız düzgün istiqamətlənməmişdi”.
“Belə mahnılarla “Eurovisiona” çıxmaq fikrindədirlərsə, qalibiyyətə şübhə ilə yanaşıram”
Xalq artisti Mübariz Tağıyevi narazı salan ifaçıların oxuduğu mahnılar, ümumilikdə repertuar olub: “Pis deyildilər. Sözün düzü, mahnıları xoşuma gəlmədi. Əgər belə mahnılarla “Eurovisiona” çıxmaq fikrindədirlərsə, onda bir qədər şübhə ilə yanaşıram.
Mahnılar ürəkaçan deyildi. Ladda yazılan mahnı yox idi. Şərq ladlarında Bir qədər Azad Şabanovun ifası hiss olundu”.
Xalq aristi hesab edir ki, uğurlu nəticə üçün mütləq köməkçi vasitə lazımdır: “Onların böyük səhnəni indidən hiss etmələri çox çətindir. Mütləq müsabiqədə iştirak edəcək namizədimiz üçün köməkçi vasitə olmalıdr. Bu ya, rəqs qrupu ya da başqa nə isə olmalıdır. Ümümilikdə iştirakçılar özləri plastikdirlər. Azadın finala çıxı bilməməsinə təəsüf etdim, lakin Safura ilə təsəlli tapdım. Safura bacarıqlı və potensiallı iştirakçıdır”.
Lalə Yusifqızı

696