Zamiq: “Bu, hamıdan çox mənim üçün ağır olardı”
“Nar Mobile”ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində 23 avqustda Yevlaxda konsert verməli olan pop ulduzlar Röya və Zamiq həmin gün səhnəyə çıxmaqdan imtina ediblər. Lent.az-ın məlumatına görə, imtinaya səbəb 23 avqustun Fizuli və Cəbrayıl rayonlarının işğal günü olmasıdır. Həmin gün səhnə qurulub, hazırlıqlar geydib. Tamaşaçıların müəyyən hissəsi konsert məkanına yığışsa da, müğənnilər bu günün mahiyyətini bir daha xatırladıblar.
Füzuli torpağında dünyaya göz açan Zamiq həmin tarixdə tamaşaçı qarşısına çıxmağın hamıdan çox özü üçün yolverilməz olduğunu deyib: “İşğal günündən bu yana hər il bu gün mən xatirələrimin təsiri altında oluram. Həmin gün səhnəyə çıxmaq hamıdan çox məni üçün ağır olardı”.
Lalə Yusifqızı

819