Rəşad İlyasov həmkarlarının yalanını üzə çıxardı
Müğənni Rəşad İlyasov yeni klip çəkdirir. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, hazırda klip çəkilişləri davam edir: “Bu yaxınlarda “Mənə əllərini ver” adlı qədim türk mahnısını oxudum. Mahnıda məni tanınmış musiqiçilər, əməkdar artist Ənvər Sadıqov və Ramin Həsənov müşayiət etdi. Daha sonra qərara aldım ki, bu mahnıya ekran həyatı verim. Elə bunun üçün də rejissor Fuad Əlişova müraciət etdim. Klipin süjet xətti olmasa da, düşünürəm ki, fərqli bir klip ərsəyə gələcək”.
Müğənni həmkarlarının əcnəbi rejissorlara fantastik qiymətə çəkdirdikləri kliplərə də münasibət bildirib: “Mən arada türk və rus rejissorların ucuz qiymətə çəkdikləri kliplərə baxıram və bəyənirəm. Elə mənim yeni çəkdirdiyim klipə də çox vəsait xərcləməmişəm. Amma istədiyim səviyyədə klipin ərsəyə gələcəyini düşünürəm. Bəzi həmkarlarım isə ucuz qiymətə çəkdikləri kliplərinin qiymətini süni şəkildə qaldırmaqla, ucuz reklam sayəsində gündəmdə olurlar. Bu, mənlik deyil”.
Yalçın Süleymanov

Oxşar yazılar

Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33