Aya turist biletinin qiyməti açıqlanıb
07 dekabr 2012 05:08 (UTC +04:00)

Aya turist biletinin qiyməti açıqlanıb

0
ABŞ-ın «Appolon-17» adlı kosmik gəmisinin Aya uçmasının 40 illiyi ərəfəsində Amerika Kosmik Araşdırmalar Mərkəzinin («NASA») keçmiş mütəxəssisi Yerin peykinə davamlı kommersiya xarakterli uçuş təşkil etməyi planlaşdırdığını elan edib.

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, «Golden Spike» şirkətinin qurucuları, «NASA» və «Appolon» uçuş layihələrinin keçmiş rəhbəri Conson Speys və «NASA» elmi bölməsinin keçmiş başçısı doktor Alan Stern bu layihəni həyata keçirəcəklər.

Onlar 10 ildən sonra Ayı insanlar üçün nisbətən münasib etmək niyyətindədirlər. Hazırda Aya turist səyahəti iki nəfər üçün 1,4 milyard dollara başa gələcək.

Speys və Sternin yaxın 10 ildə Aya 15-20 turist ekspedisiyası təşkil edəcəklərinə inanırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2396

Oxşar yazılar