Hansı xalq artisti rekorda imza atdı?
05 dekabr 2012 11:33 (UTC +04:00)

Hansı xalq artisti rekorda imza atdı?

Xalq artisti Faiq Ağayev 25 illik səhnə fəaliyyətində rekorda imza atıb. Lent.az-n məlumatına görə, müğənni dekabrın 27-dən 30-dək Heydər Əliyev Sarayında keçiriləcək solo konserti öncəsi Facebook sosial şəbəkəsində maraqlı status paylaşıb: “Yorğunam. Çünki 19 saatlıq studiya çalışmasından sonra şəxsi rekordumu təzələdim. Hansı ki, mən 19 saat studiyada mahnı yazdırmamışdım. Bu, əbəs yerə deyil. Səbəb budur ki, mənim üçün əsas keyfiyyətdir. Bu konsertim mükəmməl olmalıdır. Düşünürəm ki, sıradan bir konsert olmayacaq”.


Onu da deyə ki, xalq artistinin Heydər Əliyev Sarayında keçiriləcək “F.A. Vida” adlı konserti müğənnin 25 illik səhnə fəaliyyətinin yekunu olacaq. Konsert 4 hissədən ibarət olacağı konsertdə müğənnin 27 musiqi nömrəsi səslənəcək. Xalq artistinin yaradıcılığının bütün dövrlərini əhatə edəcək konsertdə yeni klip təqdimatı da gözlənilir.


Qeyd edək ki, konsertin təşkilinə 250 min manat vəsait xərclənib. Konsertə giriş qiyməti isə 10-60 manat arasındadır.



Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2267

Oxşar yazılar