“Gangnam Style”ın müəllifi mahnısından bezdi...
03 dekabr 2012 12:45 (UTC +04:00)

“Gangnam Style”ın müəllifi mahnısından bezdi...

“YouTube” tarixində ən çox izlənən klipin sahibi olan Cənubi Koreya müğənnisi PSY maraqlı etiraf edib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PSY onu qısa müddətdə məşhurlaşdıraraq fenomenə çevirən “Gangnam Style” mahnısından sıxıldığını söyləyib.


PSY dünən Sinqapurda keçirdiyi mətbuat konfransında deyib ki, bəzən bu mahnıdan sıxılır: “Çünki bir çoxu klipdəki rəqsi öyrənmək üçün mənə müraciət edir. Rəqsi o qədər insana öyrətdim ki, artıq bezdim. Ancaq “Gangnam Style” mahnısı bu gün dünyada məşhurlaşmağımı, belə mətbuat konfransları keçirməyimi təmin edir. Ona görə də bu mahnını oxumağa davam edəcəyəm. Bu da mənim işimdir...”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801

Oxşar yazılar