
Stilist Anar: “Kişi də özünə Ledy Qaqa deyər?”
Stilist Anar Ağakişiyev həmkarlarının ünvanına sərt ittihamlar səsləndirib. Stilist Lent.az-a açıqlamasında müğənnilər arasında olduğu kimi, stilistlər arasında da zövqsüzlərin bol olduğunu söyləyib: “Düşünməyin ki, təkcə müğənnilər arasında zövqsüzü var. Stilistlərin də zövqsüzü var. Mən həmin insanların adını açıqlamaq istəmirəm. Onların ən zövqsüzlərinin sayı 10 nəfərdir. Sadəcə, mən onların adın çəksəm onların səviyyəsinə enmiş olacağam. Hətta onların arasında biri var, son zamanlar onun piarı get-gedə düşür. Siz onu ANS telekanalında tez-tez görürsünüz. O efirlərə çıxanda da necə istəyir geyinir. Mən heç vaxt onun kimi geyinmirəm. Çünki biz adi insanlara örnəyik. Yeni nəsil gənclərdə onun geyimlərinə baxıb, onun kimi geyinməyə çalışacaq. O üzdən gərək o, geyimlərinə diqqət etməlidir. Bu necə ola bilər ki, bir kişi özünə Ledy Qaqa deyir. Burada ilk növbədə psixoloji durum məsələsi var. Özü də həmin şəxs mətbuata, çoxlu yalanlar danışır. Sizdə bilirsiniz ki, mən kimdən danışıram. Ancaq mən onun adını çəkmək istəmirəm. Çünki bu onun üçün böyük reklamdır”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01